Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87401
az

Bakının bu ünvanında söküntü - 170 ailəyə pul kartlara oturdulacaq - VİDEO

14:5719 Aprel, 2023
165
CƏMİYYƏT
  • A

Bakıda Nəsimi rayonunda "Kubinka" adlanan ərazidə aparılan söküntü işləri ilə bağlı problem yaranmasını xəbər vermişdik.

OXU24.COM Azxeber.com-a istinadən xəbər verir ki, məsələnin ictimailəşməsindən sonra "ARB Xəbər" "Kubinka"da olub, həm sakinləri, həm də şirkət rəsmisini danışdırıb.

Sakinlərin bir qismi açıqlamasında bildirib ki, onlara pul yox, yeni tikiləcək binadan mənzillər təklif edilib. Digər qisim binaların uzun müddətə tikiləcəyini əsas gətirərək şirkətlə aralarında problem yarandığını dilə gətirib.
Ətraflı

"RR Constructions" tikinti şirkətinin direktoru Rafael Abdullayev isə deyib ki, 5 hektar 60 sot ərazini əhatə edəcək layihə mərhələli şəkildə tikilərək sakinlərə təhvil veriləcək. Layihənin ilkin mərhələsində 238 ailənin köçürülməsi nəzərdə tutulub ki, onların 170-i şərtlərlə razılaşaraq müqavilə bağlayıblar.

"Bütün evlər qəzalı vəziyyətdədir və FHN-in buna dair rəyi var. Vətəndaşların haqqına girilmir və mövcud neçə kvadrat evləri varsa, üstünə əlavə edilməklə mənzil verilir. Kirayə haqları kartlara oturdulur, bünövrəyə başladıqdan sonra iki ilin tamamında tam təmirli mənzillərə qovuşacaqlar", - deyə Rafael Abdullayev əlavə edib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada hərbi akademiyada PARTLAYIŞ: xəsarət alanlar var
Azərbaycanda 3 dərəcə şaxta qeydə alındı - FAKTİKİ HAVA
Əfqan Baxışova VƏZİFƏ VERİLDİ

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü