Qaynar xətt:

(+99450) 247 90 86

Əsir saxlanılan Hüseyn Axundovdan xəbər var

Əsir saxlanılan Hüseyn Axundovdan xəbər var

CƏMİYYƏT

248

18.04.2023, 20:35

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ermənistanın əsir saxladığı Azərbaycan hərbçisi Hüseyn Axundova qarşı növbəti cinayət işi açılıb.

OXU24.COM  qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, guya H. Axundov Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirib.

Xatırladaq ki, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb. Erməni teleqram kanallarında yayılan foto və videogörüntülərdən əsir götürülən Axundov Hüseyn Ermənistanda fiziki işgəncə və qeyri-insani rəftara məruz qaldığını görmək mümkündür.