Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri keçirilib
01 Oktyabr 2026, 15:36
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
397
18.04.2023, 18:48
COVİD-19-dan yeni çıxan bəşəriyyəti bu dəfə qızılca pandemiyası gözləyir...
Yəqin ki, son vaxtlar xarici mediada bu tip başlıqlarla yazılan xəbərləri görmüsünüz. Hətta xarici bir alim ötən ay qızılca ilə bağlı artıq təhlükənin yarandığını elan etmişdi.
Qızılca peyvəndi 2000-2018-ci illər arasında dünyada ondan ölüm hallarının 73% azalmasına kömək edib.
Məlumata görə, qızılcaya qarşı peyvəndin olmasına baxmayaraq, 2018-ci ildə dünyada qızılcadan 140.000 - dən çox ölüm hadisəsi baş verib. Bu ölüm halları isə əsasən beş yaşdan kiçik uşaqlar arasında olub.
Bundan əlavə, 2019-cu ildə xəstəlik 200 mindən çox insanın həyatına son qoyub. Epidemioloqların gəldiyi nəticəyə görə, infeksiyanın yayılmasının əsas səbəbi uşaqların vaxtında immunitetinin inkişaf etdirmək üçün qızılcaya qarşı lazım olan peyvəndlərin (MCV1 və MCV2) vurulmamasıdır.
Ümumdünya Səhiyyə Təşkilatı və UNICEF-in verdiyi məlumata görə, 2022-ci ilin ilk 2 ayı ərzində 2021-ci ilin eyni dövrü ilə müqayisədə dünyada qızılcaya yoluxma halları 79% artıb.
Qızılcaya yoluxma hallarının çoxu Afrika və Şərqi Aralıq dənizi regionunda qeydə alınıb. Pandemiya qlobal miqyasda səyahətləri pozduğuna görə, rəqəmlərin indiki dövrdə daha da yüksələcəyi ehtimal olunur.
Araşdırma nəticəsində məlum olub ki, 2022-ci ilin aprel ayına qədər son 12 ayda qızılcaya yoluxma hallarının ən çox qeydə alındığı ölkələr sırasına Somali, Yəmən, Nigeriya, Əfqanıstan və Efiopiya daxildir. Qızılca peyvəndi ilə kifayət qədər əhatə olunmaması, xəstəliyin yayılmasının əsas səbəbidir.
Elə tibb elmləri doktoru Anton Yerşov da 5 ilə yaxındır ki, insanların qızılca peyvəndindən imtina etdiyini deyib.
Həkim bildirib ki, COVİD fonunda ölkələr arasında sosial təmasın azalması və qızılca da daxil olmaqla digər infeksiyaların yayılmasını ləngidirdi, amma artıq yayılma yenidən başlayıb.
"Qızılca koronavirusdan da sürətlidir. Bir binada 3 xəstə varsa, onun bütün qonşuları əgər peyvəndləri yoxdursa, yoluxacaqlar".
Maraqlıdır, dünyada qızılca ilə bağlı bu qədər xəbərdarlıq olduğu halda bizim ölkədə vəziyyət necədir?
Lent.az məsələ ilə bağlı Səhiyyə Nazirliyinə sorğu ünvanlayıb.
Sorğuya cavab olaraq bildirilib ki, son zamanlar qızılca hadisəsi ilə qarşılaşmamışıq:
“Ölkə ərazisində son dövrdə qızılca hadisəsi qeydə alınmayıb”.
Araşdırmaya görə, qızılca xəstəliyinin dünyada bu qədər geniş yayılmasının səbəbi insanların peyvənddən imtina etməsi və bəzi ölkələrdə qızılca əleyhinə peyvəndin qıtlığı səbəb olub.
Elə bir neçə gün bundan öncə Birləşmiş Millətlər Təşkilatı (BMT) 2023-cü ilin əvvəlindən Yəməndə 9 mindən çox insanın qızılca xəstəliyinə tutulduğunu və 77 uşağın bu xəstəlikdən dünyasını dəyişdiyini açıqlayıb.
Bildirilir ki, 2022-ci ildə Yəməndə təxminən 22 min qızılca xəstəsi aşkarlanıb. Onlardan 160 nəfəri ölüb.
15:59 / 01 Oktyabr 2026
2
15:46 / 01 Oktyabr 2026
39
15:36 / 01 Oktyabr 2026
55
15:30 / 01 Oktyabr 2026
56
15:27 / 01 Oktyabr 2026
58
14:55 / 01 Oktyabr 2026
48
14:53 / 01 Oktyabr 2026
70
14:41 / 01 Oktyabr 2026
64
14:30 / 01 Oktyabr 2026
55
14:28 / 01 Oktyabr 2026
91
14:24 / 01 Oktyabr 2026
65
14:07 / 01 Oktyabr 2026
116
14:05 / 01 Oktyabr 2026
66
13:57 / 01 Oktyabr 2026
76
13:39 / 01 Oktyabr 2026
70
12:48 / 01 Oktyabr 2026
80
12:46 / 01 Oktyabr 2026
68
12:14 / 01 Oktyabr 2026
103
11:44 / 01 Oktyabr 2026
70
11:34 / 01 Oktyabr 2026
95
11:22 / 01 Oktyabr 2026
77
11:12 / 01 Oktyabr 2026
79
10:54 / 01 Oktyabr 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.