Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri keçirilib
01 Oktyabr 2026, 15:36
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
298
18.04.2023, 12:16
Londonda fəaliyyət göstərən Britaniya Azərbaycanlıları İcmasının rəhbəri Fəridə Pənahova Ermənistanda əsir götürülmüş Azərbaycan əsgərləri ilə bağlı Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverliyə məktubla müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, məktubda Azərbaycan Ordusu əsgərlərinin - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlunun və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun Ermənistana əsir düşmələri səbəbinə aydınlıq gətirilib, hərbçilərimizə qarşı törədilmiş qeyri-insanı hərəkətlərə diqqət cəlb edilib. Bu cinayətkar insident beynəlxalq humanitar qanunların Ermənistan tərəfindən kobudcasına pozulması kimi qiymətləndirilib.
Müvafiq beynəlxalq təşkilatların təkcə bu cinayətkar insidenti deyil, həm də Ermənistan tərəfindən son 30 ildən artıq müddət ərzində itkin düşmüş 3890 nəfər azərbaycanlıya qarşı zorakılık aktlarını araşdırmasının və hüquqi qiymət verməsinin vacib olduğu vurğulanıb. Ermənistanın mühüm beynəlxalq aktları, o cümlədən Cenevrə Konvensiyası, işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyalar üzrə öhdəliklərini yerinə yetirmədiyi bir daha nəzərə çatdırılıb.
Azərbaycanlı hərbçilərə işgəncə verilməsini qətiyyətlə pisləyən icma rəhbəri britaniyalı naziri bu məsələyə müdaxilə etməyə çağırıb: "Böyük Britaniyanın beynəlxalq hüququn pozulmasına dözməyəcəyinə dair dünyaya aydın mesaj göndərməyimiz və bizim bu iki əsgər barədə ədalətə nail olmaq üçün səylər göstərən Azərbaycan hökuməti ilə həmrəy olduğumuzu bildirmək vacibdir. Biz inanırıq ki, insan haqlarını və qanunun aliliyini müdafiə etməklə biz dünyanı hamı üçün daha təhlükəsiz və daha ədalətli məkana çevirə bilərik".
15:59 / 01 Oktyabr 2026
48
15:46 / 01 Oktyabr 2026
56
15:36 / 01 Oktyabr 2026
63
15:30 / 01 Oktyabr 2026
65
15:27 / 01 Oktyabr 2026
65
14:55 / 01 Oktyabr 2026
55
14:53 / 01 Oktyabr 2026
77
14:41 / 01 Oktyabr 2026
68
14:30 / 01 Oktyabr 2026
59
14:28 / 01 Oktyabr 2026
96
14:24 / 01 Oktyabr 2026
68
14:07 / 01 Oktyabr 2026
126
14:05 / 01 Oktyabr 2026
72
13:57 / 01 Oktyabr 2026
80
13:39 / 01 Oktyabr 2026
74
12:48 / 01 Oktyabr 2026
80
12:46 / 01 Oktyabr 2026
69
12:14 / 01 Oktyabr 2026
105
11:44 / 01 Oktyabr 2026
70
11:34 / 01 Oktyabr 2026
96
11:22 / 01 Oktyabr 2026
78
11:12 / 01 Oktyabr 2026
82
10:54 / 01 Oktyabr 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.