Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87258
az

Jurnalist Günay Arda Türkiyədə prospektə Ümumilli lider Heydər Əliyevin adının verilməsini təklif edib

17:2617 Aprel, 2023
448
CƏMİYYƏT
  • A

Azərbaycanlı jurnalist,hazırda Türkiyənin Bursa şəhərində yaşayan Günay Arda həmin şəhərdə yerləşən prospektlərdən birinə  Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin adının verilməsi təklifi ilə müraciət edib.

Oxu24.com həmin müraciəti təqdim edir:

 

Bursa şəhər bələdiyyə başqanı Alinur Aktaşa

Hörmətli Alinur Aktaş,  Mən, azərbaycanlı jurnalist Günay Arda Türkiyə Sənətçilər Birliyi Bursa təmsilçisiyəm. 2021 ci ilin sentyabr ayından Bursada yaşayıram.

Bursa Türkiyənin tarix və turizm incisi olmağı ilə yanaşı, həm də Türk dünyasının əbədi mədəniyyət paytaxtıdır. Fatihlər və övliyalara yüz illərdir ki, qoynunda yer salan bu torpaq hər bir türk üçün müqəddəs və rahatlıq yuvasıdır. 

Hörmətli başqanım,  2023 -cü il Azərbaycan prezidenti cənab İlham Əliyevin qərarı ilə Türk dünyasının önəmli lideri mərhum Heydər Əliyevin dünyaya göz açmasının 100 - cü ilidir. Bu səbəblə bütün Türk respublikalarında Heydər Əliyev  günləri keçirilir.  Heydər Əliyevin Türk dünyasına , Türk xalqlarının birlik və bərabərlik yolunda irəliləməsinə verdiyi böyük əməyə hörmət məni də çox məmnun edir. 

Hörmətli başqanım, Sizin Türk dünyası üçün etdiyiniz işlər Bursada yaşayan biri olaraq məni də qürurlandırır. Türk dünyası üçün göstərdiyiniz bütün xidmətlər üçün Sizə dərin təşəkkürümü bildirirəm. 

Hörmətli başqanım,Fatihlər şəhəri Bursada yaşadığım üçün qürur duyduğumu söyləyir, Sizdən bir rica etmək istəyirəm. Heydər Əliyevin Türk dünyası üçün əhəmiyyətini və etdiyi fədakarlığı nəzərə alaraq ,Sizdən Bursada uyğun görülən prospektin Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin adını daşıması üçün qərar verməyinizi rica edirəm. Sizə dərin minnətdarlıq hissimi çatdırır və müqəddəs Ramazanın şəfqətini üzərinizdə olmasını diləyirəm. 

 

Hörmətlə Günay Arda

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi
Kapital Bank-ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi etdi
Bakıda kişi özünü küçədə yandırdı

Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Yunis Səfərovun şikayəti rədd edildi