Fırtına sükutdan sonra baş verir...
01 Oktyabr 2026, 16:47
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
755
17.04.2023, 17:26
Azərbaycanlı jurnalist,hazırda Türkiyənin Bursa şəhərində yaşayan Günay Arda həmin şəhərdə yerləşən prospektlərdən birinə Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin adının verilməsi təklifi ilə müraciət edib.
Oxu24.com həmin müraciəti təqdim edir:
Bursa şəhər bələdiyyə başqanı Alinur Aktaşa
Hörmətli Alinur Aktaş, Mən, azərbaycanlı jurnalist Günay Arda Türkiyə Sənətçilər Birliyi Bursa təmsilçisiyəm. 2021 ci ilin sentyabr ayından Bursada yaşayıram.
Bursa Türkiyənin tarix və turizm incisi olmağı ilə yanaşı, həm də Türk dünyasının əbədi mədəniyyət paytaxtıdır. Fatihlər və övliyalara yüz illərdir ki, qoynunda yer salan bu torpaq hər bir türk üçün müqəddəs və rahatlıq yuvasıdır.
Hörmətli başqanım, 2023 -cü il Azərbaycan prezidenti cənab İlham Əliyevin qərarı ilə Türk dünyasının önəmli lideri mərhum Heydər Əliyevin dünyaya göz açmasının 100 - cü ilidir. Bu səbəblə bütün Türk respublikalarında Heydər Əliyev günləri keçirilir. Heydər Əliyevin Türk dünyasına , Türk xalqlarının birlik və bərabərlik yolunda irəliləməsinə verdiyi böyük əməyə hörmət məni də çox məmnun edir.
Hörmətli başqanım, Sizin Türk dünyası üçün etdiyiniz işlər Bursada yaşayan biri olaraq məni də qürurlandırır. Türk dünyası üçün göstərdiyiniz bütün xidmətlər üçün Sizə dərin təşəkkürümü bildirirəm.
Hörmətli başqanım,Fatihlər şəhəri Bursada yaşadığım üçün qürur duyduğumu söyləyir, Sizdən bir rica etmək istəyirəm. Heydər Əliyevin Türk dünyası üçün əhəmiyyətini və etdiyi fədakarlığı nəzərə alaraq ,Sizdən Bursada uyğun görülən prospektin Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin adını daşıması üçün qərar verməyinizi rica edirəm. Sizə dərin minnətdarlıq hissimi çatdırır və müqəddəs Ramazanın şəfqətini üzərinizdə olmasını diləyirəm.

Hörmətlə Günay Arda
16:47 / 01 Oktyabr 2026
1
16:38 / 01 Oktyabr 2026
42
16:29 / 01 Oktyabr 2026
47
16:25 / 01 Oktyabr 2026
159
15:59 / 01 Oktyabr 2026
69
15:46 / 01 Oktyabr 2026
66
15:36 / 01 Oktyabr 2026
73
15:30 / 01 Oktyabr 2026
79
15:27 / 01 Oktyabr 2026
86
14:55 / 01 Oktyabr 2026
58
14:53 / 01 Oktyabr 2026
81
14:41 / 01 Oktyabr 2026
75
14:30 / 01 Oktyabr 2026
62
14:28 / 01 Oktyabr 2026
101
14:24 / 01 Oktyabr 2026
72
14:07 / 01 Oktyabr 2026
154
14:05 / 01 Oktyabr 2026
74
13:57 / 01 Oktyabr 2026
84
13:39 / 01 Oktyabr 2026
77
12:48 / 01 Oktyabr 2026
81
12:46 / 01 Oktyabr 2026
70
12:14 / 01 Oktyabr 2026
106
11:44 / 01 Oktyabr 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.