"Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var" - İlham Əliyev
02 Oktyabr 2026, 19:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
848
16.04.2023, 23:09
Bu gün sizə qarayağlı sabunun faydalarından və zərərlərindən danışacağam. Qarayağlı sabun uzun zamandır ki, kosmetologiyada və dermotologiyada geniş şəkildə istfadə edilir. Bu vasitə indi gənclər arasında da məşhurdur. İnsanlar onun köməyilə sızanaqlardan, qara nöqtələrdən, yağlı dəridən yaxa qurtarırlar. Vasitə, həmçinin, saçların tökülməyinin qarşısını alır, onları möhkəmləndirir.
Qarayağlı sabunun tərkibi. Sabunun əsas xammalı təbii antiseptik sayılan ağcaqayın qabığı qətranıdır. Bunun üçün ağcaqayın ağaclarının bütün növləri işə yarayır. Qətran tez həll olan maddədir. Buna görə də, qarayağlı sabundan istifadə zamanı ehtiyatlı olmaq lazımdır. Qarayağlı sabunun tərkibində, həmçinin, natrium duzu, su, palma yağı da var. Qarayağlı sabunun cəmi 10%-i qətrandır. Aparılan araşdırmalar göstərib ki, elə bu 10% sabunun müalicəvi xüsusiyyətinin zəmanətidir. Lakin bununla belə, nadir hallarda da olsa, qarayağlı sabuna qarşı allergiya ilə rastlaşmaq mümkündür. Qarayağlı sabunun tərkibində rəngləndiricilər və aromatizatorlar yoxdur. Yəni, o, təbiidir.
Qarayağlı sabunu sürtgəcdən keçirin, azca su qatın və alınan qarışımı krem kimi üzünüzə çəkin. 10-15 dəq sonra isti su ilə üzünüzü yuyun. Ardınca, qurulamadan soyuq su ilə yuyun. Bu maskanı etdiyiniz günün axşamı üzünüzə nəmləndirici krem, yaxud losyon çəkməklə gecəni rahat yata bilərsiniz. Üzünüzdə sizi narahat edən iri sızanaq varsa, gecə yatmazdan qabaq nahiyəni qarayağlı sabunla yuyun. Dərinin gün ərzində təmiz qalmağını istəyirsinizsə, günün ilk yuyunmasında qarayağlı sabundan istifadə edin. Qarayağlı sabundan istifadə etdiyiniz müddətdə müxtəlif pillinq vasitələrindən, skrablardan və ya digər maskalardan imtina edin. Yoxsa istənilən effekti əldə edə bilməzsiniz.
4. Bit əleyhinə. Qədim zamandan bəri, qarayağlı sabun parazitlər əleyhinə effektiv vasitə sayılır. Və bu istiqamətdə istifadəsi zamanı heç bir allergik reaksiyaya səbəb olmur. Bit əleyhinə iki üsuldan yararlana bilərsiniz. I) Saçınızı isti su ilə isladın, qarayağlı sabunla sabunlayın və 10 dəq gözləyin. Sonra saçınızı yuyun və sıx dişli daraqla darayın. II) Saçınızı isti su ilə isladın, qarayağlı sabunla sabunlayın. Üstündən sellofanla sarıyın. 1 saat belə qalsın, sonra yuyun və xüsusi daraqla darayın. Bit və onların sürfələrindən yaxa qurtarmaq üçün proseduru 5-10 dəfə təkrarlamaq lazımdır. Hər iki üsulu tətbiq etməzdən əvvəl başınızı yaxşı-yaxşı yuyun ki, qarayağlı sabun maskası effektiv olsun. Yağlı baş dərisində istənilən nəticəni əldə etməmək riski var.
5. Dermatit zamanı. Qarayağlı sabun xəstəliyi müalicə etmir. Sadəcə olaraq, müalicəni dəstəkləyir. Dermatitin ilkin mərhələsində nahiyəni qarayağlı sabunla yumaq yaxşıdır. Amma patalogiya suluq mərhələsinə keçibsə, sabunun vurulması əks təsir göstərər. Dermatit, sadəcə, çat səviyyəsindədirsə, qarayağlı sabun narahatlığı ləng də olsa, aradan qaldıra bilər.
19:35 / 02 Oktyabr 2026
1
19:29 / 02 Oktyabr 2026
31
19:27 / 02 Oktyabr 2026
31
19:22 / 02 Oktyabr 2026
32
19:08 / 02 Oktyabr 2026
74
19:00 / 02 Oktyabr 2026
50
18:59 / 02 Oktyabr 2026
59
18:42 / 02 Oktyabr 2026
53
18:39 / 02 Oktyabr 2026
65
18:36 / 02 Oktyabr 2026
53
18:25 / 02 Oktyabr 2026
94
18:10 / 02 Oktyabr 2026
136
18:10 / 02 Oktyabr 2026
501
17:59 / 02 Oktyabr 2026
60
17:57 / 02 Oktyabr 2026
79
17:50 / 02 Oktyabr 2026
90
17:36 / 02 Oktyabr 2026
65
17:05 / 02 Oktyabr 2026
298
16:56 / 02 Oktyabr 2026
76
16:39 / 02 Oktyabr 2026
499
16:34 / 02 Oktyabr 2026
73
16:21 / 02 Oktyabr 2026
121
16:16 / 02 Oktyabr 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.