YAP-da mühüm dəyişiklik - Yeni nizamnamə
02 Oktyabr 2026, 19:47
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
538
15.04.2023, 21:03
Bu gün sizə balqabaq tumunun faydalarından və zərərlərindən danışacağam. Balqabaq tumunun müalicəvi xüsusiyyətləri haqqında, yəqin ki, hamınız eşitmisiniz. Həkimlər və dietoloqlar tez-tez balqabaqdan hazırlanan yeməklərin rasiona daxil edilməsini tövsiyə edirlər. Bəzən balqabaq tumları atılır.
Halbuki, bu tumlar tərəvəzin özündən daha faydalıdır. Olduqca cüzi əks təsirə malik olan tumlar çox qədimdən kulinariyada və tibbdə öz yerini tapıb. Mərkəzi Amerikada aparılan arxeoloji araşdırmalar zamanı, bizim eradan əvvəl 7000-ci illərə aid balqabaq tumları aşkarlanıb. Hazırda balqabaq da, elə tumları da, demək olar ki, bütün dünyada məşhurdur.
Balqabaq tumunun kimyəvi tərkibi, faydaları və zərərləri.
Balqabaq tumu müalicəvi vasitə kimi.
Balqabaq tumu bir çox xəstəliklərin müalicəsində aktiv rol oynayır. Əsas məqam odur ki, düzgün istifadə edilsin. Belə olduqda, o, ciddi xəstəliklərlə belə, mübarizə aparmağa qadir olur.
Həzm sistemi xəstəlikləri zamanı.
Ödqovucu xüsusiyyəti olan balqabaq tumu orqanizmi zərərli maddələrdən və toksinlərdən də təmizləyir. Qaraciyər xəstəlikləri zamanı orqanizmin dəstəkçisinə çevrilir. Yeməkdən qabaq qəbul edilən 1 xörək qaşığı balqabaq tumu qastrit və pankreatit ağrılarını azaldır. Pankreatit zamanı balqabaq tumu bağırsaqların təmizlənməsinə, iltihabın yox olmasına, qəbizliyin aradan qalxmasına kömək edir. Tərkibindəki liflər sayəsində balqabaq tumu “çölə çıxmağı” asanlaşdırır.
Qəbizlik zamanı.
1 stəkan qaynar suya 1 çay qaşığı balqabaq tumu əlavə edin. 30 dəq gözləyin, sonra suyu için, tumları yeyin. Əlavə olaraq, gündə 20 ədəd balqabaq tumu yemək də bağırsaqlara faydalıdır. Belə ki, malik olduqları liflər sayəsində bağırsaqda hərəkətliliyi təmin edirlər. Balqabaq tumunu 5:1-ə nisbətində bala qatın. Alınan qarışımı gündə 3 dəfə, hər dəfə yeməkdən qabaq yeyin. Qarışım təkcə mədə-bağırsaq traktatındakı iltihablanmanı aradan qaldırmaqla qalmır, həmçinin, viruslarla və bakteriyalarla mübarizə aparmaqda orqanizmə kömək edir.
Babasil zamanı.
Narahatlığın əsas səbəblərindən biri qəbizlikdir. Balqabaq tumları bağırsağın gərginliyini özünə qaytarır, onun hərəkətliliyini artırır. Bu da babasil üçün əsl profilaktik tədbir sayılır. Belə halda, tumları çiy-çiy yemək yaxşıdır ki, tərkibindəki bütün faydalı elementlər orqanizmə daxil olsun. Lakin bu, o demək deyil ki, gedib-gəlib ovuc-ovuc yeməlisiniz. Balqabaq tumunu da müəyyən nizamda yemək lazımdır ki, orqanizmə zərər vurmasın. Yumşaq olması üçün qaynar suda saxlamaq yetərlidir. Gün ərzində 80 qramdan çox yeməməyə diqqət edin.
Qaraciyər xəstəlikləri zamanı.
Xüsusilə, yaşlı insanlar qaraciyərdən çox əziyyət çəkirlər. Ölçünü nəzərə alaraq yeyilən balqabaq tumları xəstəliklərin irəliləməsini yavaşladır, iltihablanmanı hüceyrə səviyyəsində belə, azaldır, qaraciyərin iş qabiliyyətinin özünə qayıtmasına vəsilə olur. Qaraciyər xəstəliklərindən qaynaqlanan bağırsaq problemləri, mədə yanmaları da bu tum sayəsində aradan qalxır.
Pankreatit və qastrit zamanı həkimlər balqabaq yağı məsləhət görür. Bundan əlavə, şəkərli diabet zamanı qlükozanın miqdarını nəzarətdə saxlamaq üçün də balqabaq tumu əvəzsizdir.
Ateroskleroz`un profilaktikası zamanı da balqabaq tumu köməyə çatır. Belə ki, tumlar artıq yağları orqanizmdən xaric edir, damarları təmizləyir. Yenə təkrar edirəm: maksimal faydalanmaq üçün tumları çiy-çiy yemək lazımdır. Acqarına qəbul edilən tumlar bəzi adamlarda qusma yaradır. Həddən artıq yeyildikdə, tərkibindəki salisil turşusu səbəbiylə zəhərlənməyə səbəb ola bilər.
19:59 / 02 Oktyabr 2026
3
19:57 / 02 Oktyabr 2026
80
19:47 / 02 Oktyabr 2026
46
19:39 / 02 Oktyabr 2026
65
19:36 / 02 Oktyabr 2026
53
19:29 / 02 Oktyabr 2026
62
19:27 / 02 Oktyabr 2026
57
19:22 / 02 Oktyabr 2026
50
19:08 / 02 Oktyabr 2026
111
19:00 / 02 Oktyabr 2026
57
18:59 / 02 Oktyabr 2026
79
18:42 / 02 Oktyabr 2026
56
18:39 / 02 Oktyabr 2026
73
18:36 / 02 Oktyabr 2026
61
18:25 / 02 Oktyabr 2026
107
18:10 / 02 Oktyabr 2026
154
18:10 / 02 Oktyabr 2026
561
17:59 / 02 Oktyabr 2026
66
17:57 / 02 Oktyabr 2026
82
17:50 / 02 Oktyabr 2026
99
17:36 / 02 Oktyabr 2026
71
17:05 / 02 Oktyabr 2026
625
16:56 / 02 Oktyabr 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.