DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq etdi - VİDEO
02 Oktyabr 2026, 20:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
306
14.04.2023, 19:30
Artıq müqəddəs Ramazan ayının son günlərini yaşayırıq. Duaların qəbul olunduğu, günahların bağışlandığı Ramazan ayı fitrə zəkatı kimi vacib əməllə başa çatır.
Fitrə zəkatı Yaradana şükrün bir ifadəsi və canın sədəqəsi hesab olunur. Bir ay boyunca nəfsini, gözünü və dilini sınağa çəkənlər müqəddəs ay bitmədən Ramazanın son vacib əməlini də yerinə yetirirlər.
Bəs fitrə zəkatının miqdarı nə qədərdir? Kimlər fitrə verməlidir?
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, ilahiyyat elmləri doktoru Hacı Surxay Məmmədli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, insan oruc tutub zəkat vermək iqtidarında olduğu halda fitrə zəkatı verməzsə, orucu qəbul olunmaz: “Fitr bayramına sayılı günlər qalıb. Bu günlərdə hər bir müsəlmanın boynuna düşən vacibatlardan biri də fitrə zəkatıdır. Hər bir şeyin zəkatı olduğu kimi insanın bədəninin zəkatı da orucluq qurtardıqdan sonra fitrə verməklədir. Bu mənada, insan oruc tutub zəkat vermək iqtidarında olduğu halda fitrə zəkatı verməzsə, orucu qəbul olunmaz. İmam Sadiq (ə) buyurur ki, həqiqətən, oruc zəkat verməklə tamamlanır. Kim qəsdən zəkat verməyi tərk edərsə, oruc tutmayan şəxs kimidir. Fitrə zəkatı verən şəxs 1 illik özünü bəlalardan sığortalamış olur”.
S. Məmmədli həmçinin fitrə zəkatı verməyin qaydasını açıqlayıb: “Bayram gecəsi təzə ayın əvvəli olması subuta yetdikdən sonra, adam başına 3 kq buğda, arpa, un, xurma və.s ərzaqların qiyməti hesablanaraq çıxarılır. Minimum 5-10 manat civarında müəyyən edilir. İnsan bunu bazardaki qiymətlə də tənzimləyə bilər. Bir insanın maddi imkanı geniş ola bilərsə, müəyyən olunmuş məbləğdən artıq verə bilər. Sevindiyimiz zaman deyil, sevindirdiyimiz zaman, geyindiyimiz zaman deyil, geyindirdiyimiz zaman, yediyimiz zaman deyil, yedirdiyimiz zaman bayram bayram olur. Ömrü Ramazan olanın axirəti bayram olar”.
Qeyd edək ki, Ramazan bayramı 21-22 aprel tarixlərinə təsadüf edir.
20:28 / 02 Oktyabr 2026
22
20:24 / 02 Oktyabr 2026
4
20:18 / 02 Oktyabr 2026
34
20:16 / 02 Oktyabr 2026
30
20:10 / 02 Oktyabr 2026
36
19:59 / 02 Oktyabr 2026
43
19:57 / 02 Oktyabr 2026
126
19:47 / 02 Oktyabr 2026
65
19:39 / 02 Oktyabr 2026
85
19:36 / 02 Oktyabr 2026
76
19:29 / 02 Oktyabr 2026
70
19:27 / 02 Oktyabr 2026
62
19:22 / 02 Oktyabr 2026
56
19:08 / 02 Oktyabr 2026
125
19:00 / 02 Oktyabr 2026
66
18:59 / 02 Oktyabr 2026
85
18:42 / 02 Oktyabr 2026
60
18:39 / 02 Oktyabr 2026
75
18:36 / 02 Oktyabr 2026
62
18:25 / 02 Oktyabr 2026
114
18:10 / 02 Oktyabr 2026
162
18:10 / 02 Oktyabr 2026
607
17:59 / 02 Oktyabr 2026
68
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.