Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86929
az

Oğurluq edən şəxsin evindən tapança çıxdı

09:1314 Aprel, 2023
162
  • A
Siyəzəndə oğurluq edən şəxsin evində silah aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Oxu24.com-a verilən məlumata görə, Siyəzən RPŞ-yə rayon sakininə məxsus mağazadan oğurluq edilməsi barədə məlumat daxil olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən rayon sakini Nəcəf Mütəlimov saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs zərərçəkmişə məxsus mağazaya pəncərəni sındırma yolu ilə daxil olaraq oradan 50 manat pul və 713 manat dəyərində müxtəlif növ siqaretlər oğurlayıb. Həmçinin N.Mütəlimovun evinə baxış keçirilən zaman oradan 1 ədəd "Naqan" markalı tapança və ona məxsus patronlar aşkar edilib. Faktla bağlı Siyəzən RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Nəcəf Mütəlimovun barəsində həbs qətimkan tədbiri seçilib. Miri Məcidli Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kanada ağır şərtlər altında -Tramp başqa şan vermir
Azərbaycanda siyasi partiyanın baş katibi vəfat etdi - Foto
Yatmazdan əvvəl hiss edilən diabetin üç əlaməti

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi