Qaynar xətt:

(+99450) 247 90 86

“Azintelecom”a yeni mətbuat katibi təyin edilib

“Azintelecom”a yeni mətbuat katibi təyin edilib

CƏMİYYƏT

413

13.04.2023, 15:43

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azintelecom” MMC-yə yeni mətbuat katibi təyin edilib.
Oxu24.com xəbər verir ki, bu vəzifə Murad Əhmədova həvalə olunub. O, bu təyinata qədər şirkətin ictimaiyyətlə əlaqələr bölməsində mütəxəssis kimi çalışıb.
Bundan əlavə, “Azintelecom”un Korporativ Kommunikasiya və İctimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Səfər Aslanov Nazirliyin tabeliyində olan “Aztelekom” MMC-yə korporativ kommunikasiya üzrə sektor müdiri təyin edilib. Xatırladaq ki, nazirliyin “Azintelekom", Elektron Təhlükəsizlik Xidməti, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi üzrə ictimaiyyətlə əlaqələr üzrə meneceri Vüsalə Eyyubqızı bir həftə öncə işdən çıxıb.