Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86856
az

Azərbaycanla Ermənistan arasında sülh... - Joli

11:5713 Aprel, 2023
115
  • A
Azərbaycanla Ermənistan arasında tezliklə sülhün əldə edilməsi səylərini dəstəkləyirik.
 
OXU24.COM  Axar.az-a istinadən xəbər verir ki, bunu Kanadanın xarici işlər naziri Melani Joli bildirib.
 
Belə ki, Kanada Azərbaycanlıları Şəbəkəsinin (Network of Azerbaijani Canadians - NAC) İdarə Heyətinin üzvlərini qəbul edib. Görüş zamanı Kanadanın azərbaycanlı icmasının fəaliyyəti və siyasi fəallıq prioritetlərindən söz açılıb.
 
Eləcə də Azərbaycan-Ermənistan arasında münasibətlər və Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyəti müzakirə edilib.
 
NAC İdarə Heyətinin üzvləri Azərbaycan ərazilərinin 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən işğal altında saxlanıldığı, bu ərazilərdəki əhalinin qovulduğu və azərbaycanlıların yaşadığı bütün yaşayış məntəqələrinin dağıdıldığını nazirin diqqətinə çatdırıblar.
44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyi və bölgədə yeni reallıqların yarandığı qeyd edilib. İşğaldan azad edilmiş ərazilərdə dağıntının miqyası və eləcə də Ermənistan tərəfindən kütləvi minalanmanın həyata keçirilməsi səbəbindən hələ də məcburi köçkünlərin öz doğma torpaqlarına qayıda bilməməsi nazirin diqqətinə çatdırılıb.
 
NAC-in təşəbbüsü ilə Kanada dövləti tərəfindən Qarabağda minatəmizləmə işləri üçün 400 000 dollar vəsaitin ayrılmasına görə təşəkkür ifadə edilib.
 
M.Joli Kanadanın Azərbaycan ilə müxtəlif sahələrdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı oldğunu qeyd edib. O bildirib ki, Kanada beynəlxalq hüququn prinsiplərinə sadiqdir və bütün mübahisələrin hüquq və danışıqlar çərçivəsində həll edilməsinin tərəfdarıdır. Bu xüsusda Azərbaycanla Ermənistan arasında Avropa İttifaqının himayəsi altında aparılan sülh danışıqlarının tezliklə uğurla başa çatacağına ümid edir və sülh müqaviləsinin imzalanmasını dəstəkləyir.
 
Qeyd edək ki, NAC - Kanadada yaşayan azərbaycanlıların Kanada cəmiyyətində və siyasi həyatında maraqlarının təmsil edilməsi məqsədi ilə yaradılıb və tam olaraq Azərbaycan icmasının dəstəyi ilə fəaliyyət göstərir.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
Viaqra effekti verən qidalar – SİYAHI
Səfirlikdən Texasda yaşayan azərbaycanlılara MÜRACİƏT

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil