Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86831
az

İftardan sonra çəkilən siqaret fəsad verə bilər

10:0013 Aprel, 2023
92
CƏMİYYƏT
  • A

Ramazan ayı bir ay müddətində yeyib-içməkdə müəyyən məhdudiyyətləri gözləməklə yanaşı, digər zərərli vərdişlərdən də əl çəkməyə imkan yaradır. Lakin tütün aludəçiləri olanlar iftarlarını açdıqdan dərhal sonra dalbadal siqaret çəkirlər. Mütəxəssislər bildirirlər ki, bu hal infarkt riskini təxminən on dəfə artırır.

OXU24.COM AZƏRTAC-a istinadən xəbər verir ki, həkim-allerqoloq Ramin Nəriman bununla əlaqədar deyib: "Yeməkdən əvvəl çəkilən siqaret daha çox həzm traktına, mədənin selikli qişasına təsir edir, onkoloji xəstəliklərin yaranmasına səbəb olur. Siqaretin nə vaxt və hansı fasilədən sonra çəkilməsindən asılı olmayaraq, hər zaman orqanizmə neqativ təsir göstərir".

Tütün məhsulları bütün orqan toxumalarını, ən tez və ən çox da ürək-damar, tənəffüs sistemlərini, ciyərləri, mədə-bağırsağı və böyrəkləri sıradan çıxarır.
Ətraflı
Ad - 00:17

"Siqaretin yaxın və uzaq fəsadları var. Yaxın fəsadlar siqareti çəkəndən dərhal sonra başlayır və damar daralmasına səbəb olur. Siqaretin uzunmüddətli təsiri ondan ibarətdir ki, damar divarının kirəcləşməsi ilə nəticələnir, orqan toxumalarının qidalanmasının pozulmasına, immun sisteminin fəaliyyətinin zəifləməsinə və digər xəstəliklərin yaranmasına münbit şərait yaradır", - deyə həkim-allerqoloq bildirib.

İftar yeməyindən sonra gün boyu ac qalanların ürək döyüntüləri sürətlənir. Bu zaman siqaret çəkəndə qanda qatılaşma yaranır, damarlarda təzyiq artır. İftardan dərhal sonra çəkilən siqaret infarkt və damar tıxanıqlığı, beyin qanamasına səbəb ola bilər. Ona görə də siqaret aludəçiləri Ramazan ayında daha çox diqqətli olmalıdırlar. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu şəxslər hər gün yumurta yeməlidir
İlk görüşdən sonra əlaqəni necə davam etdirmək olar?
Yayda döymə etdirməyin! - Mütəxəssisdən XƏBƏRDARLIQ

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bələdiyyə sədri həbs olunub