Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86659
az

Laçın istiqamətində şəhid olan hərbçilərdən biri Şahbuzdandır

21:2911 Aprel, 2023
118
CƏMİYYƏT
  • A

Laçın istiqamətində düşmənin təxribatı nəticəsində şəhid olan hərbçilərimizdən biri Şahbuz rayonundandır.

Oxu24.com xəbər verir ki, 1998-ci il təvəllüdlü, müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçu Tağıyev Səbuhi Gündüz oğlu Şahbuz rayonunun Badamlı qəsəbəsindəndir.

Qeyd edək ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.

Daha sonra qarşı tərəf minaatan və iriçaplı silahlardan da istifadə etməklə mövqelərimizi atəşə tutmaqda davam edib.

Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub.

Ordumuz tərəfindən görülən cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.

Hazırda qeyd olunan istiqamətdə nisbi sakitlikdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sabah hava necə olacaq?
Naxçıvan Dövlət Vergi Xidmətinə rəis təyin edildi
Dəmir yolu xətlərinə 22 dəfə kənar əşya qoyulub

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Milli Qəhrəman Əlif Hacıyevin qızları Xocalıda gözyaşlarını saxlaya bilmədilər...(VİDEO)
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
İmişli sakinlərindən 3 tüfəng götürüldü