Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8662
az

Qoz ürəyə ətdən xeyirlidir

23:2507 Yanvar, 2019
575
CƏMİYYƏT
  • A
Ürək-damar xəstəlikləri bütün dünyada insan ölümlərinə ən böyük səbəbdir. Ürəklə bağlı problemlərlə rastlaşmamaq üçün ilk növbədə qidalanmamıza diqqət etməliyik.

Şimali Amerikadan olan alimlər 5 il müddətində 80 min insan üzərində araşdırma aparıblar. Pasiyentlərin hamısından qidalanmaları barədə soruşulub. Onlar arasında ətyeyənlərlə bərabər vegetarianlar da olub. Qadın və kişidən ibarət pasiyentlər 25-44 yaş aralığına daxil olublar.

Oxu24.com faktxeber.com-a istinadən bildirir ki, alimlər qrupuna rəhbərlik edən Kaliforniyanın Loma Linda Universitetinin professoru Hari Freyzer iştirakçıların hansı aralıqda nə qədər ət, qoz, bitki mənşəli qidalar qəbul etdiyini açıqlayıb. Bütün bu qidalar zülüllarla zəngin olmasına baxmayaraq, zülalın mənşəyi böyük əhəmiyyət kəsb edir.

Ürək probleminin yaranması qırmızı ətdən istifadə edənlərdə 60%, qozdan və günəbaxan tumundan istifadə edənlərdə isə 40%-dir. "Qandakı zərərli xolestrinin miqdarını azaltmaq üçün gün ərzində 10-14 ədəd qoz yemək məqsədəuyğundur", - Hari Freyzer bildirib.

Amma bununla belə, tədqiqatçılar müəyyənləşdirə bilməyiblər ki, meyvə, tərəvəz, paxlalı və dənli bitkilərdən istifadə ürək-damar xəstəlikləri olan insana necə təsir göstərir. Ancaq alimlər qeyd edir ki, bu məhsullar hər bir qida rasionuna daxil olmalıdır.

Bu araşdırmanın nəticələrini nəzərə alaraq, alimlər vurğulayırlar ki, insanlar öz ürək sağlamlığı üçün qırmızı ət istehlakını azaltmalı, günəbaxan tumu və qoz qəbulunu artırmalıdır.

Qırmızı ət artıq uzun müddətdir alimlər tərəfindən sağlam qida hesab edilmir. Onun istifadəsi xərçəng xəstəliyinin müxtəlif formalarının inkişaf riskinin artması ilə əlaqələndirilir. Tədqiqatçılar toyuq və ya hind quşu ətindən istifadəni məsləhət görürlər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Böyürtkənin əvəzolunmaz faydaları
İbrahim Tatlısəs Bakıya əlil arabasında gəldi –FOTOLAR
Yuxuda çiçək görmək nə vəd edir? – Gözəllik və inkişaf

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı