Qaynar xətt:

(+99450) 247 90 86

Parlamentdə dərmanlarla bağlı problemlər qaldırılıb

Parlamentdə dərmanlarla bağlı problemlər qaldırılıb

CƏMİYYƏT

374

11.04.2023, 13:18

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Təkcə dərman vasitələrinin qiyməti ilə bağlı yox, keyfiyyəti və digər məsələlərlə bağlı bir sənəd hazırlanır”.

Oxu24.com -un  xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib.


Deputat deyib ki, sənədin yaxın vaxtlarda qəbul ediləcəyi gözlənilir.

Deputat Razi Nurullayev isə qeyd edib ki, dərmanların qiyməti baha olmaqla bərabər keyfiyyətsiz və təsirsizdir: “Alman, ingilis aptekləri var, dərmanlar bu apteklərdə daha baha qiymətədir. Vətəndaş niyə yaxşı aptek axtarır? Niyə bir aptekdə eyni tərkibli dərman 10 manata, digərində 100 manata satılır. Mən alman, ingilis apteklərinin olmasına qarşı deyiləm, vətəndaşların aldadılmasına qarşıyam. Yeri gəlmişkən, Qida Təhlükəsizliyi Agentliyi bu yaxınlarda məlumat yaydı ki, filan kolbasalarda ümumiyyətlə, ət yoxdur. Bu, nə biabırçılıqdır. Dərman sahəsində də belə biabırçılıqlar aradan qaldırılmalıdır”.

Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov nəzərə çatdırıb ki, elə dərmanlar var ki, Almaniya ilə müqayisədə 20 dəfə baha satırlar: “İki, üç dəfə qiymət baha olsa, haradasa başa düşmək olar. Ancaq Almaniyada 5 avro olan dərman necə 150 avro ola bilər? Dərman gətirən, satan, yoxlayan ayrı olmalıdır. Görürsən ki, bizdə dərman gətirən, ekspertizasını keçirən və aptekə verən də eyni adam olur. Bəzən dərman zavoduna belə sifariş verirlər ki, dərmanın tərkibi aşağı olsun. Digər tərəfdən, insanların xaricdən müalicələri üçün dərman gətirməsinə maneələr də aradan qaldırılmadır. Qoyun insanlar müalicələri üçün dərmanlar gətirsinlər”.

Deputat Fəzail Ağamalı deyib ki, dərman vasitələrinin qiymətlərinə əlçatanlığın olmaması problemi var: “Belə problem var, bu, reallıqdır. Burada bazar iqtisadiyyatı, dərman gətirən və satanların maraqları, o cümlədən möhtəkirlər var. Dərmanlara nəzarət mərkəzi icra strukturlarının birinə həvalə etmək olar. İndi bilmir ki, bu dərman məsələsinə Səhiyyə Nazirliyi, yoxsa başqa qurum baxır. Əvvəllər məsələlərə təkcə Səhiyyə Nazirliyi baxırdı, indi müraciət edirsən, deyir ki, o məsələyə TƏBİB baxır, ora düşmək isə kosmosa düşmək kimi bir şeydir”.

Deputat Vüqar Bayramov bildirib ki, keçən il hökumət dərman alınmasına 505 milyon manat xərcləyib və bu, dərman vasitələrinə ayrılan vəsaitin 2 dəfə artdığını göstərir: “Dərmanların qiymətinə idxal prosedurlarının asanlaşdırılması da təsir göstərə bilər. Dərmanların qiymətinin tənzimlənməsi mexanizminin təkmilləşdirilməsinə də ehtiyac var. Bəzi hallarda dərmanların qiyməti düzgün tənzimlənmədiyi üçün sahibkarlar dərmanları konkret bir ölkədən gətirirlər”.

Deputat Etibar Əliyev Azərbaycanda apteklərin alman, türk və göbələk kimi artan yerli apteklərə bölündüyünü söyləyib:

“Alman və türk apteklərindən dərman alanda soruşuruq ki, keyfiyyəti nədir? Yeri gəlmişkən, dərman düzəldən laboratoriyalar da yoxa çıxıb. Əvvəllər xəstələr bir-iki qutu dərmanla müalicə olunurdusa, indi 4-5 qutu dərmanla müalicə olunmalı olurlar. Dərmanların ekspertizası barədə məlumat bazası geniş olmalıdır”.

Deputat Hikmət Babaoğlu idxal olunan dərmanların tərkibinin yenidən yoxlanılmasını təklif edib: “Bir vaxt İran dərmanlarından istifadə edən bir qohumumuzun Moskvada yoxlanılması zamanı məlum olmuşdu ki, İran dərmanının tərkibində narkotik olub. Ona görə idxal olunan dərmanlar yoxlanılmalıdır”.

Deputat Qənirə Paşayeva hesab edir ki, inhisarçılığa son qoyularsa, rəqabət yaranarsa, dərmanların qiyməti də ucuzlaşacaq:

“Səfərə gedəndə tanıdığımız insanlar zəng edirlər ki, müalicə üçün filan dərmanı gətirin, çünki Azərbaycanda qiyməti çox bahadır. Yeri gəlmişkən, bəzi əlillərimizin müalicəsi davam etdiyi və hələ əlillik dərəcələri almadığı üçün müalicə üçün dərmanlar alırlar. Onların əllərindəki bəzi reseptlərdə dərmanların qiyməti 400 manata yaxındır. Bu məsələnin də həllinə diqqət yetirilməlidir. Bir məqamı qeyd edim. Türkiyədə azərbaycanlılar var, dərman istehsal edir, Türkiyədən xaricə də satırlar. Bu insanlar niyə Azərbaycanda belə dərman istehsalı yarada bilmirlər?”.

Boşananda aliment və əmlak bölgüsü eyni məhkəmədə həll olunur? – Vəkildən AÇIQLAMA  

21:54 / 02 Oktyabr 2026

HÜQUQ HÜQUQ

Boşananda aliment və əmlak bölgüsü eyni məhkəmədə həll olunur? – Vəkildən AÇIQLAMA  

62

0
Gecələr qıcqırmanız olursa, belə yatın – Reflükslə bağlı MÜHÜM MƏSLƏHƏT  

21:52 / 02 Oktyabr 2026

TİBB TİBB

Gecələr qıcqırmanız olursa, belə yatın – Reflükslə bağlı MÜHÜM MƏSLƏHƏT  

58

0
Bakıda mühüm media toplantısı: AQEM-in ilk Forumundan GÜCLÜ MESAJLAR — Deputatlardan AÇIQLAMA  

21:43 / 02 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Bakıda mühüm media toplantısı: AQEM-in ilk Forumundan GÜCLÜ MESAJLAR — Deputatlardan AÇIQLAMA  

62

0
Naxçıvanda avtomobil piyadanı vurub öldürüb 

21:42 / 02 Oktyabr 2026

KRİMİNAL KRİMİNAL

Naxçıvanda avtomobil piyadanı vurub öldürüb 

54

0
"Prezident İlham Əliyevin Sədri olduğu partiya həm də  Azərbaycanın parlaq gələcəyi naminə ilklərə imza atır"

21:35 / 02 Oktyabr 2026

SİYASƏT SİYASƏT

"Prezident İlham Əliyevin Sədri olduğu partiya həm də Azərbaycanın parlaq gələcəyi naminə ilklərə imza atır"

67

0
Akademik karyera istəməyənlər niyə magistraturaya can atır? – Təhsil ekspertindən AÇIQLAMA  

21:33 / 02 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Akademik karyera istəməyənlər niyə magistraturaya can atır? – Təhsil ekspertindən AÇIQLAMA  

69

0
"Yaranmasından bir müddət sonra Ulu Öndərin rəhbərliyi ilə partiya inkişaf etməyə başladı"

21:27 / 02 Oktyabr 2026

SİYASƏT SİYASƏT

"Yaranmasından bir müddət sonra Ulu Öndərin rəhbərliyi ilə partiya inkişaf etməyə başladı"

69

0
Nazir 20 ilin prorektorunu işdən çıxardı – FOTO 

21:25 / 02 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Nazir 20 ilin prorektorunu işdən çıxardı – FOTO 

76

0
"Heydər Əliyevin siyasi irsi və dövlətçilik baxışları partiyanın fəaliyyətində xüsusi yer tutur"

21:18 / 02 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

"Heydər Əliyevin siyasi irsi və dövlətçilik baxışları partiyanın fəaliyyətində xüsusi yer tutur"

65

0
Hafiz Paşayev təltif edildi 

21:11 / 02 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Hafiz Paşayev təltif edildi 

91

0
“Manatlıq” taksilərə qadağa: Bakı sakinlərini nə gözləyir? — Nəqliyyatda YENİ PROBLEM  

20:59 / 02 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

“Manatlıq” taksilərə qadağa: Bakı sakinlərini nə gözləyir? — Nəqliyyatda YENİ PROBLEM  

83

0
Qayda pozan 77-AA-788 nömrəli avtomobilin sürücüsü CƏZALANDIRILDI 

20:51 / 02 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Qayda pozan 77-AA-788 nömrəli avtomobilin sürücüsü CƏZALANDIRILDI 

74

0