Nazir Fərid Əhmədov Xankəndidə vətəndaşları qəbul edib
02 Oktyabr 2026, 23:39
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
756
09.04.2023, 23:19
Erkən qocalmanın səbəbi genetik və ya ətraf mühitin təsiri ola bilər. Bəzən də bizim heç bilmədiyimiz bəzi məqamlar dərinin elastikliyini itirməsinə yol açır.
OXU24.COM xəbər verir ki, bu barədə plastik cərrah Aleksandr Vdovin "kp.ru"ya müsahibəsində deyib.
Dəridə vaxtından əvvəl qırışların yaranma səbəblərini izah edən mütəxəssis bildirib ki, qeyri-adekvat və ya keyfiyyətsiz baxım məhsulları da bu prosesi sürətləndirə bilər.
"Dərinin təmizlənməsi, tonlanması, zərdab və kremlərin çəkilməsi kimi gündəlik prosedurların lazımsız olduğuna inanan qızlar risk siyahısında birinci yerdədir. Ən pis vərdiş yatmazdan əvvəl makiyajı silməməkdir. Sebum çox ifraz olunduğu üçün dəri daha da çirklənir, bu da sağlamlığına zərərli təsir göstərir.
Skrablardan sui-istifadə də digər təhlükədir, nəticədə dəri qurumağa başlayır. Bu zaman vaxtından əvvəl qırışların yaranması riski son dərəcə yüksəkdir, çünki dəri susuz qalır.
Yuxusuzluq da dərinin vəziyyətinə mənfi təsir göstərir. Yataq dəstlərinin təmizliyi ilə yanaşı yastıq seçimi də böyük rol oynayır. Düzgün seçilmiş yastıq, "Veneranın üzükləri" adlanan uzununa qırışların meydana gəlməsinin qarşısını alacaq, servikal onurğaya dəstək verəcək" , - cərrah qeyd edib.
Mütəxəssislərin fikrincə, dərinin ultrabənövşəyi şüalardan kifayət qədər qorunmaması da qırışların vaxtından əvvəl meydana çıxan çıxmasına səbəb olur.
"Mavi rəngli ekran da eyni təsirə malikdir. Qadjetlərə güclü bağlılıq qocalmanı sürətləndirir. Noutbuk və ya telefon ekranının soyuq işığının dərini qurutduğu elmi şəkildə sübut edilib. Başın əyilməsinə səbəbindən boyunda qırışlar əmələ gəlir, bu isə boyun nahiyəsinin osteoxondrozuna, hətta yırtıqlara gətirib çıxara bilir", - həkim qeyd edib
23:39 / 02 Oktyabr 2026
1
23:31 / 02 Oktyabr 2026
53
23:27 / 02 Oktyabr 2026
21
23:24 / 02 Oktyabr 2026
29
23:22 / 02 Oktyabr 2026
31
23:15 / 02 Oktyabr 2026
33
23:09 / 02 Oktyabr 2026
51
22:57 / 02 Oktyabr 2026
141
22:52 / 02 Oktyabr 2026
49
22:37 / 02 Oktyabr 2026
58
22:28 / 02 Oktyabr 2026
67
22:27 / 02 Oktyabr 2026
58
22:25 / 02 Oktyabr 2026
98
22:23 / 02 Oktyabr 2026
66
22:14 / 02 Oktyabr 2026
67
22:09 / 02 Oktyabr 2026
56
21:56 / 02 Oktyabr 2026
82
21:55 / 02 Oktyabr 2026
904
21:54 / 02 Oktyabr 2026
69
21:52 / 02 Oktyabr 2026
63
21:43 / 02 Oktyabr 2026
67
21:42 / 02 Oktyabr 2026
58
21:35 / 02 Oktyabr 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.