Qaynar xətt:

(+99450) 247 90 86

Ana doğuş zamanı öldü

Ana doğuş zamanı öldü

CƏMİYYƏT

276

08.04.2023, 22:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Lənkəranda ana doğuş zamanı ölüb.

OXU24.COM  "report"a istinadən bildirir ki, Lənkəran rayonunun Ləj kənd sakini 1995-ci il təvəllüdlü Gülnar Xanhüseyn qızı Fərzəliyeva aprelin 7-də gecə saatlarında qanaxma ilə Lənkəran Perinatal Mərkəzə çatdırılıb və təcili əməliyyat olunub.

Keysəriyyə əməliyyatı zamanı 8 aylıq olan uşaq götürülüb. Lakin 28 yaşlı Gülnarın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, G.Fərzəliyeva Liman şəhərinə gəlin köçüb. Onun 9 yaşlı bir oğlu var və bu ananın ikinci hamiləliyi olub. Hazırda 8 aylıq körpə küməcdə saxlanılır.