Dünya bazarında neftin qiyməti artıb.
Oxu24.com xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin iyun fyüçersləri 0,15 % və yaxud 0,13 ABŞ dolları bahalaşaraq 1 bareli 85,12 ABŞ dollarına satılıb. WTI neftinin may fyüçerslərinin qiyməti isə 0,1 % və ya 0,09 ABŞ dolları artaraq 1 bareli 80,7 ABŞ dolları təşkil edib.
Pasxa bayramı ilə əlaqədar olaraq cümə günü ABŞ və əksər Avropa ölkələrində birjalar bağlıdır.
Ümumilikdə qısa həftənin yekunlarına görə, Səudiyyə Ərəbistanı da daxil olmaqla bir sıra OPEC+ ölkələrinin hasilatı azaltmaq qərarı “Brent” neftinin 6,6 %, WTI neftinin isə 6,7 % bahalaşması ilə nəticələnib.
Oxu24.com
ŞƏRHLƏR