Qaynar xətt:

(+99450) 247 90 86

Bakı məktəbində vərəm aşkarlandı, şagirdlərə peyvənd vuruldu

Bakı məktəbində vərəm aşkarlandı, şagirdlərə peyvənd vuruldu

CƏMİYYƏT

370

06.04.2023, 18:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı şəhərində fəaliyyət göstərən məktəblərin birində şagirddə vərəm xəstəliyi aşkar edilib. 

136 nömrəli tam orta məktəbdən bildirilib ki, 31 mart 2023-cü il tarixində məktəbin 8ç sinif şagirdində (müəyyən səbəblərdən şagirdin adı qeyd olunmur) vərəm xəstəliyi aşkarlanıb:

“Məktəbli martın 10-dan dərs prosesində iştirak etməyib.

X sinifdə oxuyan bacısı isə 31 mart tarixindən etibarən məktəbə gəlmir. Xəzər Rayon Gigiyena Epidemiologiya Mərkəzi tərəfindən sinifdə dezinfeksiya işləri aparılıb.

Həmçinin şagirdin sinif yoldaşlarına peyvənd vurulub”.