Qaynar xətt:

(+99450) 247 90 86

Bu avtomobillər geri çağırılır - Pulsuz təmir olunacaq

Bu avtomobillər geri çağırılır - Pulsuz təmir olunacaq

CƏMİYYƏT

435

04.04.2023, 20:51

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
ABŞ-nin elektrikli avtomobil istehsalçısı "Tesla" "Semi' yük avtomobillərini də əhatə edən geriçağırma proqramına başlamaq qərarına gəlib.
 
OXU24.COM  Trend-ə istinadən xəbər verir ki, şirkətin ABŞ Milli Avtomobil Yolları Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA) internet saytında dərc edilmiş bəyanatına görə, 35 avtomobil geri çağırılır.
 
Bildirilir ki, "Tesla" Bendix tərəfindən təchiz edilmiş elektron park əyləc klapan modulunda (PVM) yaranan nasazlıq səbəbindən elektrik yük avtomobillərini geri çağırmalı olub. Geriçağırma bildirişinə əsasən, park əyləci çəkildikdə nasaz modul park vəziyyətinə daxil ola bilməyəcək və bu, yük avtomobilinin sürüşməsinə səbəb ola bilər ki, bu da ciddi qəzalarla nəticələnər.
Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
 
Pulsuz təmir olunacaq
 
NHTSA saytında dərc edilmiş sənəddə xüsusilə qeyd olunur ki, bu nasazlığa görə heç bir qəza və ya avtomobilə ziyan dəyməyib. Avtomobil istehsalçısı geri çağırılan yük avtomobillərindəki nasaz modulun pulsuz dəyişdiriləcəyini açıqlayıb.
 
"Tesla" "Semi" 2017-ci ildə təqdim edilsə də, onun tədarükləri ötən aylarda başlayıb. "PepsiCo" və onun törəmə şirkəti "Frito-Lay" elektrik yük maşını tədarük edən ilk şirkətlər olub. Ehtimallara görə, bu qüsurdan təsirlənən avtomobillərin əksəriyyəti "PepsiCo"ya məxsusdur.