Qaynar xətt:

(+99450) 247 90 86

Dərədən meyiti tapılan şəxs görün kim imiş

Dərədən meyiti tapılan şəxs görün kim imiş

CƏMİYYƏT

465

04.04.2023, 13:18

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Lerik rayonunda aprelin 3-də itkin düşən 1995-ci il təvəllüdlü Ümid Əliməmməd oğlu Hüseynovun meyiti dərədə tapılıb.

Hadisə bu gün səhər saatlarında rayonun Almu kəndində baş verib.

28 yaşlı gəncin meyiti ailələrinə məxsus pay torpağın yaxınlığındakı dərədə, su arxından aşkarlanıb.

Yaxınları bildirib ki, Ü.Hüseynov aprelin 3-də ot sahəsinə baxmağa gedib, lakin geri qayıtmayıb.

Ailə üzvləri onun itkin düşməsi barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Xidməti”nə məlumat veriblər.

Ü.Hüseynovun su arxına düşərək boğulduğu ehtimal olunsa da, ölümün səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı prokurorluqda araşdırma aparılır.(report)