Qaynar xətt:

(+99450) 247 90 86

“Rəisin adından yayılan məktub saxtadır” - FHN

“Rəisin adından yayılan məktub saxtadır” - FHN

CƏMİYYƏT

468

04.04.2023, 11:31

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Bəzi sosial şəbəkə səhifələrində Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi tərəfindən işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərən Yanğından Mühafizə hissələrinə ünvanlanmış, təlim keçirilməsi ilə bağlı hazırlıqlara dair göstəriş xarakterli "məktub"un şəkli yayılıb.
FHN-dən Oxu24.com -a bildirilib ki, qeyd olunan "məktub" saxtadır və həqiqəti əks etdirmir. “Bir daha sosial şəbəkə istifadəçilərini və kütləvi informasiya vasitələrini dəqiqləşdirilməmiş və həqiqətə uyğun olmayan məlumatları yaymamağa çağırırıq”, - rəsmi məlumatda bildirilib.
Miri Məcidli