Bu 3 bürcün bəxti üzünə güləcək
03 Oktyabr 2026, 00:24
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
307
03.04.2023, 17:40
Aparılan monitorinqlər zamanı bank xidmətlərinin reklamlarının yayımlanması zamanı reklam qanunvericiliyinin tələblərinə əməl edilməməsi halları aşkar edilib.
OXU24.COM İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (AİBNDX) yaydığı məlumata istinadən xəbər verir ki, AİBNDX tərəfindən ötən ilin əvvəlindən etibarən ölkədə fəaliyyət göstərən banklara reklam qanunvericiliyinin tələblərinə dair maarifləndirici məktublar ünvanlanıb.
“Lakin son dövrlərdə aparılan monitorinqlər zamanı bank xidmətlərinin reklamlarının yayımlanması zamanı reklam qanunvericiliyinin tələblərinə əməl edilməməsi halları aşkar edilib. Qanun pozuntuları üzrə Dövlət Xidməti tərəfindən araşdırmalara başlanılıb.
Qeyd edək ki, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununda maliyyə, bank, sığorta, investisiya xidmətləri, eləcə də qiymətli kağızların reklamı üçün xüsusi qaydalar təsbit edilib. Belə ki, lisenziyalaşdırılan fəaliyyət növləri üzrə lisenziyanın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı, eləcə də maliyyə, bank, sığorta, investisiya xidmətlərinin, qiymətli kağızların reklamında bu xidmətləri təklif edən şəxsin hüquqi adı, hüquqi ünvanı, fiziki şəxslərin adı, soyadı, atasının adı, ünvanı, əlaqə vasitələri, qiymətli kağızın emitenti qeyd olunmalıdır.Bundan əlavə, istehlak kreditinə dair reklamda kreditin hər hansı xərci ilə bağlı məlumat verildikdə, istehlakçı aşağıdakılar barədə də məlumatlandırılmalıdır:
- Kreditin ümumi xərcinə daxil olan istənilən xərclər, o cümlədən illik faiz dərəcəsi, faktiki illik faiz dərəcəsinin hesablanmasına qanunvericiliyə müvafiq qaydada daxil olan digər xərclər;
- Kreditin müddəti;
- Kredit müəyyən malın alınması və ya xidmətlərin göstərilməsi ilə əlaqədar verildikdə, həmin mal və ya xidmət, onun nağd qiyməti və ilkin ödənilən məbləğ;
- Kredit müqaviləsinin bağlanması üçün əlavə xidmət müqavilələrinin bağlanması məcburi olduqda və həmin xidmətin qiyməti əvvəlcədən müəyyən edilə bilinmədikdə, həmin müqaviləni bağlamaq öhdəliyi.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən bank xidmətləri ilə bağlı reklam qanunverciliyinin tələblərinin pozulması barədə araşdırma nəticələrinə uyğun olaraq, qanun pozuntularına yol vermiş banklar barəsində qanunamüvafiq tədbirlər görüləcəkdir”, - deyə məlumatda qeyd olunur.
00:24 / 03 Oktyabr 2026
36
23:52 / 02 Oktyabr 2026
34
23:39 / 02 Oktyabr 2026
56
23:31 / 02 Oktyabr 2026
172
23:27 / 02 Oktyabr 2026
56
23:24 / 02 Oktyabr 2026
61
23:22 / 02 Oktyabr 2026
55
23:15 / 02 Oktyabr 2026
58
23:09 / 02 Oktyabr 2026
66
22:57 / 02 Oktyabr 2026
192
22:52 / 02 Oktyabr 2026
58
22:37 / 02 Oktyabr 2026
68
22:28 / 02 Oktyabr 2026
76
22:27 / 02 Oktyabr 2026
64
22:25 / 02 Oktyabr 2026
140
22:23 / 02 Oktyabr 2026
73
22:14 / 02 Oktyabr 2026
75
22:09 / 02 Oktyabr 2026
63
21:56 / 02 Oktyabr 2026
92
21:55 / 02 Oktyabr 2026
993
21:54 / 02 Oktyabr 2026
76
21:52 / 02 Oktyabr 2026
68
21:43 / 02 Oktyabr 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.