Bu 3 bürcün bəxti üzünə güləcək
03 Oktyabr 2026, 00:24
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
538
03.04.2023, 15:20
Azərbaycanda elektrik enerjisi tarifində dəyişiklik nəzərdə tutulmur.
Oxu24.com Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Respublikası energetika nazirinin müavini Elnur Soltanov Azərbaycan-ABŞ Yaşıl Enerji Forumunun kuluarlarında deyib.
Onun sözlərinə görə, Azərbaycan demək olar ki, hər gün enerji sahəsində əməkdaşlığa dair sorğular alır.
"Biz əhalinin tələbatını qarşılayacaq tariflər çərçivəsində əməkdaşlığı nəzərdən keçiririk. Su elektrik stansiyalarından alınan elektrik enerjisinin kommersiya satış tarifləri təqribən beş qəpik, günəş elektrik stansiyasından alınan elektrik enerjisinin qiyməti 5,5 qəpik, külək elektrik stansiyasından alınan elektrik enerjisinin qiyməti isə 5,7 qəpikdir. "ACWA Power" və "MASDAR" ilə sazişlərimiz məhz bu tariflər çərçivəsində qurulub. Hökumətimiz elektrik enerjisini bu tariflərlə satın alır və "Azərenerji"yə 6,6 qəpikdən satışını həyata keçirir", - deyə o bildirib.
E.Soltanov bu tariflərin qorunub saxlanılmasının hökumət üçün prioritet olduğunu əlavə edib.
Qeyd edək ki, Bakı Biznes mərkəzində Azərbaycan-ABŞ "Yaşıl enerji" forumu keçirilir.
Forumda Azərbaycanda səfərdə olan ABŞ ticarət nazirinin köməkçisi Arun Venkataraman, ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Hugo Guevara, ABŞ-Azərbaycan Ticarət Palatasının prezidenti Nərgiz Nəsrullayeva-Müdüroğlu, Azərbaycanın energetika nazirinin müavini Elnur Sultanov və başqaları iştirak edirlər.
Forumda Azərbaycanla ABŞ-nin enerji sahəsində əməkdaşlıq əlaqələri, "yaşıl enerji"nin istehsalı istiqamətində təcrübə mübadiləsi, enerji ixracı, sərmayə yatırımı və digər məsələlər müzakirə olunur.
00:24 / 03 Oktyabr 2026
36
23:52 / 02 Oktyabr 2026
34
23:39 / 02 Oktyabr 2026
56
23:31 / 02 Oktyabr 2026
172
23:27 / 02 Oktyabr 2026
56
23:24 / 02 Oktyabr 2026
61
23:22 / 02 Oktyabr 2026
55
23:15 / 02 Oktyabr 2026
58
23:09 / 02 Oktyabr 2026
66
22:57 / 02 Oktyabr 2026
192
22:52 / 02 Oktyabr 2026
58
22:37 / 02 Oktyabr 2026
68
22:28 / 02 Oktyabr 2026
76
22:27 / 02 Oktyabr 2026
64
22:25 / 02 Oktyabr 2026
140
22:23 / 02 Oktyabr 2026
73
22:14 / 02 Oktyabr 2026
75
22:09 / 02 Oktyabr 2026
63
21:56 / 02 Oktyabr 2026
92
21:55 / 02 Oktyabr 2026
993
21:54 / 02 Oktyabr 2026
76
21:52 / 02 Oktyabr 2026
68
21:43 / 02 Oktyabr 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.