Qaynar xətt:

(+99450) 247 90 86

Nazirlər görüş vaxtı dəyişdi

Nazirlər görüş vaxtı dəyişdi

CƏMİYYƏT

583

03.04.2023, 10:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin sabah Naftalanda Goranboy, Xocalı, Göygöl, Samux, Yevlax rayonlarının, həmçinin Gəncə, Mingəçevir və Naftalan şəhərlərinin sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişib.

Oxu24.com  nazirliyə istinadən xəbər verir ki, qəbul aprelin 5-də, saat 10:00-da Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula yazılmaq üçün aprelin 4-nə qədər nazirliyin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə müraciət etmək mümkündür.