Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86080
az

Yeni qərar mediaya nə vəd edir?

20:4502 Aprel, 2023
276
CƏMİYYƏT
  • A

Azərbaycanda media subyektlərinin məhsullarının təqdim edilməsi əlavə dəyər vergisindən azad olunub.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu"nunda təsdiqini tapıb.

Fərmana əsasən media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlərin, reklam gəlirlərinin, habelə onlara verilən müvafiq maddi yardımların gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, onlar tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsinin isə əlavə dəyər vergisindən 3 il müddətinə azad olunub.

Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilməklə 3 il müddətində qüvvədə olacaq və audiovizual media subyektlərinə şamil olunmur.

... Sənəd Azərbaycanda "dördüncü hakimiyyəit" adlandırılan mass-medianın inkişafının sürətlənməsinə, cəmiyyətin sosial çağırışlarının kütləvi informasiya vasitələrində daha geniş əks olunmasına və ən başlıcası, medianın maliyyə problemlərinin çözülməsinin asanlaşmasına ciddi təkan verə bilər.

Media əvvəlki qərinələrdə olduğu kimi, təşviqat və ya təbliğat vasitəsi funksiyalarından azad olaraq çoxdandır ki, biznes subyektlərinin məcmusuna çevrilib. Korporasiya, holdinq, məhdud məsuliyyətli cəmiyyət və s. formatında fəaliyyət göstərən media subyektləri hazırladıqları vizual və ya çap məhsullarını vətəndaşlara təqdim etməklə istehsalçı-məhsul-istehlakçı zənciri formatında çalışırlar.

Qlobal media cərəyanları və təmayülləri, kütləvi informasiya vasitələri və informasiya texnologiyaları sahələrindəki trendlər Azərbaycan mediasında da təbii ki, əksini tapır.

 

Lakin inkişaf etmiş ölkələrdən fərqli olaraq, bütün inkişaf etməkdə olan dövlətlərdə olduğu kimi, Azərbaycanda da medianın fəaliyyətində bəlli çətinliklər var.

Azərbaycan kütləvi informasiya vasitələrinin əsas problemi tamaşaçı, dinləyici və oxucu bazarının böyük dövlətlərlə müqayisədə, məhdud olmasıdır.
Ətraflı

Biz İsrail, Hollandiya, Estoniya və ya Portuqaliyada olan proseslərin eynisini yaşayırıq. Lakin həmin ölkələrdə mass-medianın istisna olmadan, total əksəriyyəti böyük biznes strukturlarının və maliyyə korporasiyalarının tərkibində adi seqment formasındadırsa, Azərbaycan mediası çətin, amma fərqli yolu gedir.

Azərbaycanda media nə transmilli korporasiyaların, nə maliyyə-biznes oliqarxik strukturların, nə də iri ticari-istehsal qurumlarının nəzdində olmadığından, de-fakto və de-yure müstəqildir.

Müstəqillik pis deyil, lakin biznes mühitinin diqtə etdiyi şərtlər təbii ki, bir sıra problemləri qaçılmaz edir. Onların arasında maliyyə təminatı ilk yeri tutur.

Bu baxımdan Azərbaycanda media subyektlərinin məhsullarının təqdim edilməsi əlavə dəyər vergisindən azad olunması ölkədə kütləvi informasiya vasitələrinin inkişafına ciddi stimul verəcək qərar sayıla bilər və sayılmalıdır da.

Çünki yerli media marketinq və menecment sahələrində dəyişikliklərə başlayaraq müstəqil şəkildə güclənmə, tərəqqi rıçaqlarına yiyələnir.

Eyni zamanda, ölkədə qəzetlərə və saytlara dövlət büdcəsindən ayrılan maddi yardımların vergilərdən azad edilməsi də əhəmiyyətli məsələdir. İndiyədək vergilər qismində ödənilən vəsaitin bundan KİV subyektində qalması həmin vəsaitin sözügedən strukturun ehtiyaclarının təminatına sərfiyyatına və əməkdaşların sosial-yaşam problemlərinin həllinə yönəltmə imkanı yaradır.

Vergi güzəştlərinin tətbiqi və maddi yardımların göstərilməsi paralel, kompleks şəkildə həyata keçiriləcək ki, bu da qəzetlərlə saytların inkişafı ilə yanaşı, ölkədə poliqrafiyanın miqyasının, çeşidinin və xidmətlərinin daha geniş, çoxşaxəli olması prosesini sürətləndirəcək.

Jurnallistlərə tətbiq edilən sosial güzəştlər, mass-mediaya profil bizneslə yanaşı, fərqli sahələrdən iş adamlarının və investisiyaların cəlb edilməsi, yeni texnologiyalardan istifadənin sürətləndirilməsi, reklam bazarında islahatlar və s. - bütün bunlar ölkənin kütləvi informasiya vasitələrinin güclənməsinə yönəlmiş proqram tədbirləridir.

Bəhs etdiyimiz tədbirlər davam edəcək, çünki dövlətin kütləvi informasiyaya olan diqqəti və proseslərdə mediamızın güclənməsinə yönəlmiş siyasəti daimidir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
“NİSSAN” dərəyə aşdı, sürücü xilas edildi - VİDEO
Zelenski təcili olaraq Baş Qərargahı TOPLADI: Qərb nə tələb edib?

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
17 yaşlı qız faciəvi şəkildə öldü