Bu 3 bürcün bəxti üzünə güləcək
03 Oktyabr 2026, 00:24
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
442
02.04.2023, 17:33
Havalar isindikcə paltarlar rənglənməyə başlayır. Yazın gəlişi tək təbiəti deyil, dəb aləmini ruhlandırır. Allı-güllü baharın rəngləri artıq geyimlərdə seçim şanslarını artırır. Hər il olduğu kimi bu il də yaz ayları özünəməxsus dəbi, fərqli geyim modelləri ilə yadda qalacaq.
Bu ilin yaz dəbi haqqında Lent.az-a Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış modelyer-dizayner Gülnarə Xəlilova danışıb.
Onun sözlərinə görə, paltarlarda dəliklərin olması bu ilin dəb siyahısındadır:
"2023-ün yaz və yay aylarında dəbdə olacaq bir neçə rəng tonları var. Bu il açıq bej tonlar, ağ, tünd göy rəng, bozun yaşılla qarışıq tonları, qırmızı, firuzə rəngi gündəmdə olacaq. Daha sonra ağ-qara-bej tonları, bej-qara tonların bir yerdə təqdimatı bu ilin trendi sırasındadır. Eyni zamanda, midi, geyimlərdə yarıqlar, dərin sinə dekoltesi, paltarların bəlli bir hisslərində dəliklərin olması. Bunlar tendensiya - dəbin təqdim etdiyi geyim nümunələridir.
Sadaladıqlarımı yaz-yayda dəbdi deyə istifadə edən də olacaq. Sonra geyimlərdə saçaqlardan istifadə, tulumlar, qısa top maykalar, ətəklər, gül naxışları olan parçalar bu il yazın dəbi nümunələrindəndir".
Modelyer cins parçaları dəbin ayrılmaz hissəsi adlandırıb:
"Cins parçalardan hazırlanan geyimlər yenə gündəmdə olacaq. Mütləq ki, cinslərdən hazırlanan geyim nümunələrindən istifadə edirik. Çünki bu çox rahatdır. Bütün dünyada cinslərdən hazırlanan geyimlər çox aktualdır. İnanmıram ki, bu geyimlər gündəmdən getsin".
Gülnarə Xəlilovanın ümumi dəyərləndirməsinə görə, dəri və cinsin sintezindən hazırlanmış geyimlər dəbdə olacaq:
"Dəridən və dəri əvəzedicilərindən hazırlanmış geyim nümunələri yenə də gündəmdədir. Hələ də öz yerini qoruyub, saxlayır. Bu il dərinin daha çox fərqli və tünd rəngləri aktual olacaq. Hətta dəri parçaların digərləri ilə sintezi kombin şəkilində təqdim olunacaq. Belə deyim ki, cins və dəri parçalar sintez olunaraq kombin ediləcək.
Baxmayaraq ki, yaz-yaydan danışırıq, amma qara rəng də dəbdə olan çalarlar siyahısındadır. Ümumiyyətlə, qara, qırmızı, ağ rəng illərdi öz mövqeyini qoruyub saxlayır".

00:24 / 03 Oktyabr 2026
36
23:52 / 02 Oktyabr 2026
34
23:39 / 02 Oktyabr 2026
56
23:31 / 02 Oktyabr 2026
172
23:27 / 02 Oktyabr 2026
56
23:24 / 02 Oktyabr 2026
61
23:22 / 02 Oktyabr 2026
55
23:15 / 02 Oktyabr 2026
58
23:09 / 02 Oktyabr 2026
66
22:57 / 02 Oktyabr 2026
192
22:52 / 02 Oktyabr 2026
58
22:37 / 02 Oktyabr 2026
68
22:28 / 02 Oktyabr 2026
76
22:27 / 02 Oktyabr 2026
64
22:25 / 02 Oktyabr 2026
140
22:23 / 02 Oktyabr 2026
73
22:14 / 02 Oktyabr 2026
75
22:09 / 02 Oktyabr 2026
63
21:56 / 02 Oktyabr 2026
92
21:55 / 02 Oktyabr 2026
993
21:54 / 02 Oktyabr 2026
76
21:52 / 02 Oktyabr 2026
68
21:43 / 02 Oktyabr 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.