Qaynar xətt:

(+99450) 247 90 86

“Gənclik”də YANĞIN olub?

“Gənclik”də YANĞIN olub?

CƏMİYYƏT

329

01.04.2023, 21:07

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sosial şəbəkələrdə bu gün "Gənclik" metrosunda yanğın olması ilə bağlı məlumat yayılıb.

OXU24.COM  xəbər verir ki, "Qafqazinfo" məlumatı dəqiqləşdirmək üçün "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovla əlaqə saxlayıb.

Qurum rəsmisi bildirib ki, bu gün metropolitendə hər hansısa bir neqativ hal yaşanmayıb:

"Metrodakı yanğınla bağlı yayılmış xəbər əsassızdır. Dünən Bakı metropoliteninin "Gənclik" stansiyasında sərnişinin əlindən iki kimyəvi təmizləyici vasitə yerə düşdüyü üçün reaksiya nəticəsində alışma baş verib. Bu gün isə qatarların hərəkət qrafikinə ciddi şəkildə əməl olunması da daxil olmaqla metroda neqativ hallar yaşanmayıb".