Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86044
az

“Məni görüb demişdi ki, adam 100 qram arağa görə ELƏ ARVADI boşayar?” - FOTO

19:1001 Aprel, 2023
231
CƏMİYYƏT
  • A

"Hal-hazırda teatrda "Sinif yoldaşları" tamaşasında çıxış edirəm. Hansısa rol arzulamıram, çünki bu rejissordan asılıdır. O vaxtın teatrı, tamaşaları ilə, bu günki dövrün sənət mühiti də, teatrı da fərqlidir. Yadıma gəlir ki, o vaxtı Mehdi Məmmədovun "Dəli yığıncağı", "İblis", "Şəhərin yay günləri" və s. tamaşaları səs salırdılar. İnsanlar məmnuniyyətlə gəlib, həqiqətləri eşitmək istəyirdilər. Bu gün hamısı bir rəngdədir. Teatr, kino, televiziya o zaman maraqlı olur ki, eşitmədiyini eşidəsən, görmədiyini görəsən. Seriallarımız da, filmlərimiz də eynidir. Nə qədər məişət mövzuları ola bilər? Filmdə də, serialda da hər şey ola bilər, hər şey baş verə bilər, amma elə gözəl olmalıdır ki, tamaşaçıda ikrah hissi oyatmasın".

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist, Akademik Milli Dram Teatrının aparıcı aktyoru Fizuli Hüseynov deyib.

""Bəyin oğurlanması" filminə Ceyhun Mirzəyevin sayəsində çəkilmişdim. 1984-cü il idi, universiteti yeni bitirmişdim. Ceyhun müəllim dedi ki, "mən səni çəkmək istəyirəm". Ona dedim ki, məni indiyə qədər filmlərə çağırırlar, amma çəkmirlər. Dedi ki, "sən çəkiləcəksən". Mənim roluma Sərxan Sərxan çəkilməli idi. Film musiqili idi, sonra bir az senariyə dəyişiklik edildi" deyə sənətkar bildirib.

Sənətkar bildirib ki, o vaxt müəllimləri tələbələrinin efirlərə çıxmağına qarşı idi.

"Baxırsan ki, bir neçə serialda çəkilib, o dəqiqə özünü ulduz kimi aparır. Populyarlıq məsələsi var, buna hər adam dözə bilmir. O vaxt biz universitetdə oxuyanda icazə vermirdilər ki, efirlərə çıxaq. Bəzən verilişlərə dəvət edirdilər, amma müəllimlərimiz qətiyyən icazə vermirdilər. Hətta verilişlərə gedənləri də acılayırdılar. Onlar bunu ona görə edirdilər ki, aktyor kimi yetişməmiş o həddi keçməyəsən, məşhurluqdan başın gicəllənməsin. Mənə elə gəlir ki, düz də edirdilər. İndi buna fikir verən yoxdur, tələbə öz müəllimi ilə serialda çəkilir" deyə aktyor bildirib.

Tanınmış aktyor tamaşaçılardan saysız-hesabsız məktublar aldığını da bildirib.
""Yad qızı" televiziya tamaşasından sonra çoxlu məktublar alırdım. O vaxt internet yox idi, texnika inkişaf etməmişdi. Məktubları teatra göndərirdilər, hətta doğulduğum evə də gəlirdi. Rəhmətlik atam deyirdi ki, "sənin məktublarındır, gəl bax". Xoş, sevgi dolu sözlər yazırdılar. Hətta bir neçəsini çox bəyənmişdim, saxlamışdım da. Bu peşə ilə bağlı olan bir hadisədir, buna normal yanaşıram. Bizim də bəyəndiyimiz, sevdiyimiz aktyorlar, aktrisalar olub. Bizim peşədə çalışan insanlar bunu gözü qarşısına almalıdırlar. Kimsə səni bəyənə yaxud bəyənməyə bilər. "Yad qızı" televiziya tamaşasında mənfi obraz yaratmışdım. Tənqid edənlər çox idi. Hətta bir şəkili demişdi ki, "adam 100 qram arağa görə elə arvadı boşayar?" (gülür). Bu münasibət bütün aktyorlara qarşı olub. Rəhmətlik Məlik Dadaşov "Fəryad" filmindəki erməni, İsmayıl Osmanlı "Yeddi oğul istərəm" filmindəki Kələntər dayı obrazına görə tamaşaçılar tərəfindən tənqid olunmuşdular. Mənfi obraz oynamaq çox təhlükəlidir. Bizim tamaşaçılar o rollardan çıxış edərək, bizlərə münasibət bəsləyirlər. Bu peşəni seçirsənsə, bunları gözünə almalısan" deyə sənətkar deyib.

Fizuli Hüseynov bildirib ki, obrazı aktyorda öncə rejissor görməlidir.

"Heç vaxt mənim istədiyim rol olmayıb, olmayacaq da. Rejissorların bəziləri küsürlər ki, "niyə belə deyirsən, aktyor rejissordan rol istəyər də". Mən rejissordan iş istəyə bilərəm. Deyə bilmərəm ki, mənə filan rolu ver. O rejissordur, əsəri götürür və düşünür ki, bu rolu kim oynaya bilər?! Rejissor aktyora deməlidir ki, "bir əsər götürmüşəm, səninlə filan rol düşünürəm, bir oxu bax, fikrini de". O oxuyur, baxır və özünü o rolda görməsə, rejissor onu həmin rolda görür. O zaman mən həmin rejissorla işləyirəm".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Suriyanın yeni xarici işlər naziri o oldu
Kirəcləşmiş kranı təmizləməyin ən asan və təbii üsulları
Məşhur musiqiçidən üzücü xəbər: Həyat yoldaşı ilə eyni xəstəliyə tutuldu -FOTO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ