Bu 3 bürcün bəxti üzünə güləcək
03 Oktyabr 2026, 00:24
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
416
01.04.2023, 18:59
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu"nu təsdiq edib. Beləliklə, media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlərin, reklam gəlirlərinin, habelə onlara verilən müvafiq maddi yardımların gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, onlar tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsinin isə əlavə dəyər vergisindən 3 il müddətinə azad olunur.
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov APA-ya bildirib ki, bu qərar cənab İlham Əliyevin ölkə mediasına göstərdiyi diqqətin bariz nümunəsidir.
"İlk növbədə qeyd etməliyik ki, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, dövlət büdcəsindən, o cümlədən digər mənbələrdən maliyyələşdirilmələrinin azaldılması və müstəqil fəaliyyətlərinin təmin edilməsi məqsədilə reklam bazarının həcminin artırılması zəruridir. Dövlətin medianın inkişafına dəstək strategiyasından bu sahəilə bağlı ayrı-ayrı vaxtlarda ƏDV-dən azad etmə təcrübəsi olmuşdur və bu, medianın iqtisadi vəziyyətinin yaxşılaşmasına öz müsbət təsirini göstərmişdir",- deyə Əhməd İsmayılov bildirib.
İcraçı direktor vurğulayıb ki, Azərbaycan mediasının iqtisadi dayanıqlığının gücləndirilməsi, müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı dövlət siyasətinin prioritetini təşkil edir.
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu"nu təsdiq etməsi mediamızın iqtisadi müstəqilliyinin gücləndirilməsinə dəyərli töhfədir. Ölkəmizin media ictimaiyyəti adından diqqət və qayğısına görə dövlətimizin başçısına dərin minnətdarlığımızı bildiririk", - deyə Əhməd İsmayılov bildirib.
00:24 / 03 Oktyabr 2026
36
23:52 / 02 Oktyabr 2026
34
23:39 / 02 Oktyabr 2026
56
23:31 / 02 Oktyabr 2026
172
23:27 / 02 Oktyabr 2026
56
23:24 / 02 Oktyabr 2026
61
23:22 / 02 Oktyabr 2026
55
23:15 / 02 Oktyabr 2026
58
23:09 / 02 Oktyabr 2026
66
22:57 / 02 Oktyabr 2026
192
22:52 / 02 Oktyabr 2026
58
22:37 / 02 Oktyabr 2026
68
22:28 / 02 Oktyabr 2026
76
22:27 / 02 Oktyabr 2026
64
22:25 / 02 Oktyabr 2026
140
22:23 / 02 Oktyabr 2026
73
22:14 / 02 Oktyabr 2026
75
22:09 / 02 Oktyabr 2026
63
21:56 / 02 Oktyabr 2026
92
21:55 / 02 Oktyabr 2026
993
21:54 / 02 Oktyabr 2026
76
21:52 / 02 Oktyabr 2026
68
21:43 / 02 Oktyabr 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.