Qaynar xətt:

(+99450) 247 90 86

Oğuz sakini Rusiyada zəhərlənərək ölüb

Oğuz sakini Rusiyada zəhərlənərək ölüb

CƏMİYYƏT

385

31.03.2023, 09:27

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Oğuz rayon Padar kənd sakini, 2000-ci il təvəllüdlü Peyman Xanlar oğlu Xəlilov Rusiyanın Tver vilayətindəki restoranlardan birində qidadan zəhərlənərək ölüb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Peyman Xəlilov və 3 dostu onun doğum gününü qeyd edərkən zəhərləniblər. Xəstəxanaya çatdırılan P.Xəlilov və dostu bu gün günorta saatlarında göstərilən bütün tibbi müdaxilələrə baxmayaraq həyatlarını itiriblər. Digər iki şəxsin vəziyyəti ağır qiymətləndirilir.
P.Xəlilovun meyiti Azərbaycana gətirilərək Padar kənd qəbiristanlığında torpağa tapşırılacaq.