Bu 3 bürcün bəxti üzünə güləcək
03 Oktyabr 2026, 00:24
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
486
30.03.2023, 23:05
"Google"un keçmiş mühəndisi, amerikalı Rey Kurtzveyl sensassiyaya səbəb olacaq açıqlama verib.
OXU24.COM xəbər verir ki, kompüter elmləri mühəndisi yaxın zamanlarda texnologiyanın sürətlə inkişaf edəcəyini və "Təklik" (süni intellektin insan zəkasından üstün olduğunu nöqteyi-nəzəri təsvir edən bir konsepsiya) adlanan vəziyyətin insanların əbədi yaşamasına kömək edəcəyini deyib:
"İnsanların səkkiz ildən sonra "ölümsüzlük" əldə edəcəyini proqnozlaşdırırıq. Nanotexnologiya və robototexnika sahəsindəki inkişaflar qocalmanın qarşısnı alan "nanobotlara" səbəb olacaq. Bu miniatür robotlar yaşlanma səbəbilə bədəndə parçalanan və zədələnmiş hüceyrələri, toxumaları bərpa edəcək. Bununla da, insanlar xərçəng kimi xəstəliyə qarşı güclü immunitet əldə edəcək və bu xəstəliyə tutulmayacaq".
Özünü həm də futurist (XX əsrin 10-20-ci illərində Avropa ədəbiyyatında avanqard cərəyan) adlandıran Rey Kurtzveyl, bu texnoloji yeniliyin artıq 2029-cu ildə testdən keçəcəyini bildirib.
Bunun üçün isə "Turing" testi tətbiq ediləcək. "Turing" bir texnologiyanı insandan fərqləndirmək üçün ekvivalent və ya çox ağıllı davranış nümayiş etdirmə qabiliyyətini ölçən testdir.
2045-ci ilə qədər isə yeni texnologiya tamlıqla hazır olacaq.
"21-ci əsrin ikinci onilliyində laboratoriyalarda yetişdirilən orqanları görürük. Növbəti səkkiz il ərzində qocalmanın qarşısını ala bilən nanobotları da görəcəyik. Beləliklə, insanlar xərçəng kimi ölümcül xəstəlikdən qorunacaqlar", - deyə Kurtzveyl bildirib
00:24 / 03 Oktyabr 2026
36
23:52 / 02 Oktyabr 2026
34
23:39 / 02 Oktyabr 2026
56
23:31 / 02 Oktyabr 2026
172
23:27 / 02 Oktyabr 2026
56
23:24 / 02 Oktyabr 2026
61
23:22 / 02 Oktyabr 2026
55
23:15 / 02 Oktyabr 2026
58
23:09 / 02 Oktyabr 2026
66
22:57 / 02 Oktyabr 2026
192
22:52 / 02 Oktyabr 2026
58
22:37 / 02 Oktyabr 2026
68
22:28 / 02 Oktyabr 2026
76
22:27 / 02 Oktyabr 2026
64
22:25 / 02 Oktyabr 2026
140
22:23 / 02 Oktyabr 2026
73
22:14 / 02 Oktyabr 2026
75
22:09 / 02 Oktyabr 2026
63
21:56 / 02 Oktyabr 2026
92
21:55 / 02 Oktyabr 2026
993
21:54 / 02 Oktyabr 2026
76
21:52 / 02 Oktyabr 2026
68
21:43 / 02 Oktyabr 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.