Qaynar xətt:

(+99450) 247 90 86

Alzheimer xəstəliyinin qarşısını almağın yolu tapıldı

Alzheimer xəstəliyinin qarşısını almağın yolu tapıldı

CƏMİYYƏT

334

30.03.2023, 21:53

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Heksokinaza-2-nin bloklanması beyində neyrodegenerativ zülalların təmizlənməsini yaxşılaşdırır. 

OXU24.COM  Lent.az-a istinadən xəbər verir ki, alimlər Alzheimer xəstəliyinə səbəb olan zəhərli amiloid zülallarını təmizləmək üçün mikroglia adlı beyin immun hüceyrələrini aktivləşdirməyin yolunu tapıblar. 

Məlum olub ki,  Alzheimer xəstəliyi bədəndə qidaların daşınmasına cavabdeh olan translokator zülal adlı molekulun sayından asılıdır. Bu zülalı aktivləşdirən dərmanlar beyində zəhərli maddələrin çökməsini azaldır. Bu da Alzheimer xəstəliyinin vəziyyətini qismən yaxşılaşdırır.

Heksokinaza-2 Alzheimer xəstəliyində beta-amiloidin xüsusilə zəhərli formalarına məruz qaldıqda mikroqliada da aktivləşir. Alimlər hesab edirlər ki, bu kəşf neyrodegenerativ xəstəlikləri olan xəstələrdə yaşlandıqca yaddaş pozğunluğunun səbəbini aşkarlamağa kömək edir. 

Bu isə neyrodegenerativ pozğunluqlara qarşı gələcək dərmanların hazırlanması üçün əsas yaradır.