Qaynar xətt:

(+99450) 247 90 86

Müəmmalar sorağında: İranda itkin düşən azərbaycanlı tələbənin arxasınca getdiyi qız kimdir? VİDEO

Müəmmalar sorağında: İranda itkin düşən azərbaycanlı tələbənin arxasınca getdiyi qız kimdir? VİDEO

CƏMİYYƏT

374

29.03.2023, 20:40

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Övladı 27 yaşlı Fərid Səfərlidən xəbər ala bilməyən ana - Dilarə Əsgərova İrana gedib.

OXU24.COM  Xəzər Xəbər-ə istinadən xəbər verir ki, söhbət 26 gündür İranda itkin düşən azərbaycanlı tələbə Fərid Səfərlidən gedir.

Tələbənin anası Dilarə Əsgərova deyir ki, oğlunun kompüterini Almaniyada Yena şəhər polisinə verib. Polislər kompüterdə araşdırma aparıb və ona iranlı qız haqqında bəzi məlumatları təqdim ediblər. Məlum olub ki, həmin qız Tehranda yaşayır, amma Qum şəhərində işləyir.

Rəsmi sorğulara cavab ala bilmədikləri üçün isə Dilarə Əsgərova özü övladını axtarmaq üçün bir neçə gün əvvəl  İrana gedib.

Qadın övladına məxsus kompüterdən müstəntiqin tapdığı şəkilləri Qum şəhərində digər xəstənxanalara göstərsə də, onu tanıyan olmayıb.

O, vəkillə bərabər Tehran Şəhər Məhkəməsinə müraciət edib. Məhkəmədən bildirblər ki, sorğuya cavab veriləcək, amma bu, bir az gec olacaq.

Xatırladaq ki, Almaniyanın Yena Universitetində təhsil alan Fərid Səfərli fevralın 20-də həmin ali məktəbdə təcrübə keçmiş, dostluq münasibətində olduğu bir qızla görüşmək üçün valideynlərindən xəbərsiz Tehran şəhərinə gedib. O vaxtdan da itkin düşüb. Xarici İşlər Nazirliyindən bildirilib ki, bu məsələ ilə bağlı rəsmi Bakı Tehrandan cavab gözləyir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: