Bu 3 bürcün bəxti üzünə güləcək
03 Oktyabr 2026, 00:24
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
332
28.03.2023, 14:04
Türkiyə Yuxu Təbabəti Dərnəyinin İdarə Heyətinin üzvü, professor Hikmət Fırat təkcə zəlzələdən zərər çəkən şəxslərin deyil, eyni zamanda yaşanan hadisələrin psixoloji təsirinə məruz qalanların da yuxu problemindən əziyyət çəkdiyini deyib.
OXU24.COM AZƏRTAC-a istinadla bildirir ki, professor sosial mediadakı görüntülərin bu vəziyyətə səbəb olduğunu qeyd edib: "Fevralın 6-da Kahramanmaraş bölgəsində yaranan zəlzələlərdən sonra narahatlıq səbəbindən yuxu problemləri şikayətləri artıb. Gecələr zəlzələ qorxusu ilə yatmaq yuxuya getmədə çətinlik yaradır. Gecə tez-tez oyanmaq, yuxu vaxtının azalması, kabuslar görmək son vaxtlar tez-tez qarşılaşılan problemlərdir".
Müxtəlif bölgələrdə zəlzələlərin davam etməsinin yuxu xəstəliklərinin göstəricilərini artırdığını qeyd edən professor, "Yalnız zəlzələdən zərər çəkənlərin deyil, hadisələrin psixoloji təsirinə məruz qalanların da yuxu problemləri var. Sosial mediada yayılan görüntülər vəziyyəti ağırlaşdırır. Sağlam yuxu insanın fiziki, zehni və emosional rifahı üçün vacibdir. Yatmaq bədən sistemimizin dirijorudur", - deyə vurğulayıb.
Professor keyfiyyətli yuxu üçün yataq otağında telefon, televiziya, vizual xəbər və media vasitələrinin olmamalı olduğunu bildirib: "Axşam saatlarında ağır idmandan uzaq durmaq və yatmazdan 3-4 saat əvvəl axşam yeməyi yemək lazımdır. Yuxu vaxtına yaxın maye istehlakını azaldın, süd, qatıq, banan kimi qidaları istehlak edin. Bu qidalar axşam yuxuya keçidi təmin edən melatonin hormonunun ifrazına kömək edir. Yuxusuzluq yüksək təzyiq, ateroskleroz kimi ürək-damar xəstəlikləri, diabet və guatr kimi endokrin və metabolik problemlərə rastgəlmə tezliyini artırır. Bunlar infarkt, insult, ürək çatışmazlığı, yaddaşsızlıq və depressiyaya səbəb ola bilər. Eyni zamanda orqanizmin immun sistemini zəiflədir və xərçəngə səbəb olur".
00:24 / 03 Oktyabr 2026
36
23:52 / 02 Oktyabr 2026
34
23:39 / 02 Oktyabr 2026
56
23:31 / 02 Oktyabr 2026
172
23:27 / 02 Oktyabr 2026
56
23:24 / 02 Oktyabr 2026
61
23:22 / 02 Oktyabr 2026
55
23:15 / 02 Oktyabr 2026
58
23:09 / 02 Oktyabr 2026
66
22:57 / 02 Oktyabr 2026
192
22:52 / 02 Oktyabr 2026
58
22:37 / 02 Oktyabr 2026
68
22:28 / 02 Oktyabr 2026
76
22:27 / 02 Oktyabr 2026
64
22:25 / 02 Oktyabr 2026
140
22:23 / 02 Oktyabr 2026
73
22:14 / 02 Oktyabr 2026
75
22:09 / 02 Oktyabr 2026
63
21:56 / 02 Oktyabr 2026
92
21:55 / 02 Oktyabr 2026
993
21:54 / 02 Oktyabr 2026
76
21:52 / 02 Oktyabr 2026
68
21:43 / 02 Oktyabr 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.