Qaynar xətt:

(+99450) 247 90 86

Polisdən “Tarqovı”da yarıçılpaq poz verən modelə xəbərdarlıq - FOTOlar

Polisdən “Tarqovı”da yarıçılpaq poz verən modelə xəbərdarlıq - FOTOlar

CƏMİYYƏT

370

28.03.2023, 13:43

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda fəaliyyət göstərən Emilia Dinqo adlı model və blogerə polis tərəfindən xəbərdarlıq edilib.

OXU24.COM  OLAY-a istinadən yazır ki, o bu barədə sosial media hesabında məlumat verib. Nizami küçəsində çəhrayı libası və aksessuarları ilə kamera qarşısına keçən influenser hadisəni belə izah edib:

"Bu fotosessiya zamanı məni polis saxladı. Bu "ağır cinayət"in qarşısını almaq üçün 6 nəfər serjant qaçaraq gəldi. Hansı qanunu pozduğumu soruşanda mənə belə cavab verdilər:

"Belə geyimdə çəkiliş qadağandır", "Bura plyaj deyil", "Bura Azərbaycandır, eşidirsiz?", "Ana-bacı baxır", "Şəkilləri silin"...

Təsadüfən bu qanunları konstitusiyada görmüsünüzsə, mənə skrinşot göndərin

Ümumiyyətlə, bu fotosessiyanı altı aya hazırlamışam. Şəklin hər bir detalı xüsusi olaraq bu fotolar üçün hazırlanıb və hamısı birlikdə təxminən 2500 manat edib".

Qeyd edək ki, Emilia fərqli fotosessiyaları və imici ilə tanınır.