Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85674
az

Bayram günlərində KTM-ə zəhərlənmə ilə bağlı 121 nəfər müraciət edib, 2 nəfər ölüb

11:1027 Mart, 2023
124
CƏMİYYƏT
  • A

Qeyri-iş günlərində (20-26 mart) TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə şübhəsi ilə 121 nəfər müraciət edib, 2 nəfər ölüb.

Mərkəzdən Oxu24.com-a bildirilib ki, müraciət edən şəxslərdən 88-nə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

33 nəfər isə şöbəyə yerləşdirilib, onlara zəruri tibbi xidmətlərin göstərilməsinə başlanılıb.

Xəstəxanaya yerləşdirilən 33 nəfərdən 23-ü qadın, 10-u kişi olub. Onlardan 5-i dəm qazından, 15-i dərmandan, 8-i sirkə turşusundan, 3-ü botulizm, 2-si isə allergiya səbəbindən zəhərlənib. Həkimlərin səylərinə baxmayaraq, 2 qadının (sirkə turşusu zəhərlənməsi səbəbilə) həyatını xilas etmək mümkün olmayıb.

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Buzlu qəhvəni cəmi 3 dəqiqəyə HAZIRLAMAĞIN YOLU
Taksi bazarı silkələnir: AZ QALDI... BAHALAŞMA OLACAQ... - GƏLİŞMƏ
12 mindən çox abonentin qazı kəsiləcək

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Azərbaycanda nəvəsinə cinsi təcavüz edən baba həbs edildi