Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan Ordusu Qarabağda təxribatların qarşısını almaq məqsədilə zəruri tədbirlər həyata keçirib

Azərbaycan Ordusu Qarabağda təxribatların qarşısını almaq məqsədilə zəruri tədbirlər həyata keçirib

CƏMİYYƏT

592

25.03.2023, 17:00

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə və bu xüsusda aparılmış müzakirələrə baxmayaraq silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması üçün bu günədək heç bir zəruri tədbir görülməyib.
Bu barədə Oxu24.com-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, yaranmış vəziyyət nəzərə alınaraq Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib.