Qaynar xətt:

(+99450) 247 90 86

Tbilisidə keçirilən aksiyaların məqsədi hakimiyyəti devirmək olub - Baş nazir

Tbilisidə keçirilən aksiyaların məqsədi hakimiyyəti devirmək olub - Baş nazir

CƏMİYYƏT

226

24.03.2023, 17:08

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Martın 7-8-də Tbilisidə keçirilən genişmiqyaslı etiraz aksiyalarının məqsədi inqilab yolu ilə Gürcüstanda hakimiyyəti devirmək olub.

OXU24.COM  xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkə parlamentində keçirilən dinləmədə deyib.

Baş nazir qeyd edib ki, "beşinci kolon" və onun rəhbərlik etdiyi ekstremist, anarxist qüvvələr hakimiyyəti devirməyə çalışsa da “hakimiyyət öz müdrikliyi və gücü ilə zorakı hərəkətləri dəf edib və hər kəsə layiqli yer verib”.

Qaribaşvili Avropa Parlamentinin bəzi deputatlarının polisə "Molotov kokteylləri" ilə hücum edilərkən həvəsləndirici bəyanatlar verdiyini xatırladıb: "Bu plan, təbii ki, iflasa uğradı və ölkəmizin düşmənləri yenidən məğlub oldu"