Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85412
az

Zobla əlaqəli ürək xəstəlikləri

11:2424 Mart, 2023
143
CƏMİYYƏT
  • A

Ürək problemlərinin simptomları troid vəzlə bağlı ola bilər.

OXU24.COM  "Medicina"ya istinadən xəbər verir ki, endokrinoloq Aleksandr Yuroçkin qalxanvari vəzin ürəyə və periferik damar sisteminə təsir etdiyini açıqlayıb.

Troid vəz problemlərin olub-olmamasından asılı olmayaraq, birbaşa ürək əzələsinə təsir göstərir. Həm mikrokardda, həm də qan damarlarının endotel toxumasında vəzi hormonlarına həssas olan reseptorlar var. Bu hormonlar ürək döyüntüsünə və yığılma qabiliyyətinə, onun sistolik və diastolik funksiyasına təsir edir.

Miokard və damar endotel toxuması tiroid vəzinin istehsal etdiyi hormonların konsentrasiyasındakı dəyişikliklərə həssasdır. Hətta kiçik dalğalanmalar, məsələn, subklinik (asimptomatik) hipotiroidizm və ya hipertiroidizmdə müşahidə olunanlar ürək-damar sisteminə təsir göstərə bilər.

Hipotiroidizmin ürəyə təsiri barədə danışan həkim qeyd etdi ki, qalxanabənzər vəzi hormonlarının qeyri - kafi ifrazı ürək döyüntüsünü ləngidir. Damarların divarlarında elastikliyi azaldır ki, bu da arterial hipertoniyanın inkşafına komək edir. Qan zərdabında yüksək xolesterol səviyyəsi hipotiroidizmlə əlaqələndirilir. Bu da aterosklerozun və koronar ürək xəstəliyinin inkişafına səbəb olur.
 

Hipotiroidizmin ürək-damar təzahürlərinə yorğunluq, bradikardiya və dözümlülüyün azalması daxildir. Laboratoriya və görüntüləmə testləri yüksək xolesterol və homosistein səviyyələrini, anormal ürək kontraktilliyini və yüksəlmiş C-reaktiv protein səviyyələrini aşkar edir.

Hipertiroidizm ürəyə necə təsir etməsi barədə həkim bildirdi ki, hormonların yüksək səviyyələri ürək dərəcəsinə təsir göstərərək taxikardiya və sürətli ürək dərəcəsinə səbəb ola bilər. O, həmçinin ürək aritmiyasının ən ciddi forması olan atrial fibrilasiya riskini artırır.

Hipertiroidizm koronar ürək xəstəliyinin və ürək çatışmazlığının, ürək hipertrofiyasının inkişafına kömək edir.

Yuroçkin əlavə etdi ki, qalxanabənzər vəzi ilə bağlı problemlər olduqda, onların korreksiyası və ya müalicəsi insan üçün ürək - damar risklərinin dərəcəsini azaldır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əmlakına çıxarış ala bilməyənlər üçün yeniliklər olacaq - VİDEO
40 yaşından sonra uşaq sahibi olacaq 3 bürc

Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Yunis Səfərovun şikayəti rədd edildi