Qaynar xətt:

(+99450) 247 90 86

Vurduğu velosipedçinin qızı 4 gün sonra öldü

Vurduğu velosipedçinin qızı 4 gün sonra öldü

CƏMİYYƏT

1048

21.03.2023, 17:42

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sabirabadda inkassatorun vurduğu qız 4 gün sonra xəstəxanada ölüb.

Oxu24com xəbər verir ki, martın 17-də 1978-ci il təvəllüdlü Zeynalov Rauf Süleyman oğlu idarə etdiyi inkassator “Ford Transit” markalı avtomobillə Sabirabad rayonu, Bala-Həşimxanlı kəndi ərazisində hərəkətdə olan zaman qarşısına çıxan velosipedçi 1972-ci il təvəllüdlü Əliyev Suliddin Lətif oğlunu vurması nəticəsində sonuncu hadisə yerində ölüb.

Oturacaqda əyləşən qızı 2011-ci il təvəllüdlü Əliyeva Zeynəb Suliddin qızı xəsarətlər alaraq Şirvan şəhər mərkəzi xəstəxanasına daxil olub.



Onun vəziyyəti ağır olduğundan Bakıda yerləşən "City Hospital"a köçürülüb.

Lakin həkimlərim səyinə baxmayaraq o, xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.