Qaynar xətt:

(+99450) 247 90 86

Ağır qəza: Yaralılar var

Ağır qəza: Yaralılar var

CƏMİYYƏT

219

21.03.2023, 09:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Lənkəranda avtomobillər toqquşub, 4 nəfər yaralanıb.
“Report”un Cənub bürosu xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində baş verib. “Mercedes” markalı avtomobil “VAZ 2107” markalı avtomobillə toqquşub. Nəticədə Boladı kənd sakinləri - 2004-cü il təvəllüdlü Əli Elçin oğlu İsmayılov, 2000-ci il təvəllüdlü Raul Vasif oğlu Axundov, 1971-ci il təvəllüdlü Asif İsa oğlu Sadiqov və 1999-cu il təvəllüdlü Ləj kənd sakini Kənan Cəmil oğlu Rəhimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi xəstəxanasına çatdırılıblar.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.