Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85109
az

Evdə təbii göz laynerini necə hazırlamaq olar?

15:1919 Mart, 2023
152
  • A
Artıq uzun illərdir ki, qadınlar gözlərinin gözəlliyini vurğulamaq üçün laynerdən istifadə edir. Ancaq bu məhsulların tərkibində kimyəvi maddələrin olduğu hər kəsə məlumdur. Təbiiliyi sevirsinizsə və təbii məhsullardan istifadə edirsinizsə, ev şəraitində göz layneri hazırlaya bilərsiniz.
 
Milli.Az Lent.az-a istinadən evdə sürmə hazırlamağın yolunu təqdim edir:
 
Kakao tozu
 
Qara rəngli göz laynerindən bezmisinizsə, kakao tozundan hazırlanmış qəhvəyi çalarlı sürməni sınayın.
Bunun üçün kiçik ölçülü qaba bir qaşıq kakao tozu əlavə edin və üzərinə bir neçə damcı su tökün. Adi su yerinə gül suyundan da istifadə edə bilərsiniz. Daha sonra bunları qarışdırın. Məhlulun tərkibini çalışıb qatı etmək lazımdır. Təbii və gözəl görünüş əldə etmək üçün həm yuxarı, həm də aşağı kirpik xəttinə tətbiq edin.
 
Çuğundur suyu
 
Makiyajınızda fərqli rəngləri sınamaqdan çəkinmirsinizsə, bu göz layneri formulu sizin üçündür.
 
Çuğundurun yarısını götürüb incə-incə doğrayın. Çuğundurun suyunu süzdükdən sonra bir qaba tökün. Qaba bir qaşıq çuğundur suyu əlavə edin, sonra iki çay qaşığı təbii aloe vera geli tökün. Daha sonra onları yaxşıca qarışdırın. Sonda kosmetik fırça ilə kirpik xətlərinizə tətbiq edə bilərsiniz. Nəticədən çox razı qalacaqsınız.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sabah sükut olacaq
İnsan orqanizmində yeni həyat forması tapıldı
Yeni il axşamı zəlzələ olacaq

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı