Oktyabr üç BÜRC üçün gərgin ay olacaq
03 Oktyabr 2026, 15:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
409
16.03.2023, 23:09
Aktyor Corc Qafarov sosial şəbəkədə etdiyi paylaşımla diqqət çəkib.
OXU24.COM axşam.az-a istinadən xəbər verir ki, aktyor instaqramda İkinci Qarabağ müharibəsinə həsr olunmuş filmin hazırlıq çəkilişlərindən video paylaşaraq ekran işinin lentə alınmadığını bildirib:
"Filmin adı "Milyonlarla büdcə"... Bu kadrlar çəkilişə hazırlıq prosesidir və təlimdir. Keçən il İkinci Qarabağ müharibəsinə həsr olunmuş, ən əsası zəfərimizlə bağlı böyük bir film çəkilməli idi. Çəkilmədi, çünki, böyük miqdarda pullar yeyildi. Kim necə yedi, orasını yalan deyərəm. Hələ bizə ayrılan biabırçı qonorardan danışmıram. Mən öz şəxsimə danışıram ki, mən o çəkilişə pula görə deyil, borc bilib razılıq verdim".
Təlimlərə görə yola düşdük, 1 aya yaxın orada yaşadıq. Təlimlərdə ayağımız, əllərimiz yara olmuşdu. Bundan şikayətçi deyiləm, əksinə bundan həzz alıram. Amma yanımızda olmalı idiniz və bütün aktyorlara qulluq etməliydiniz, etmədiniz. Bu əziyyətə görə, biz az miqdarda olan qonorara razılıq vermişdiksə, maddi tərəfdən yaramırsınızsa, heç olmasa, mənəvi tərəfdən yarıyardınız. Mən vicdanlı olanlar tərəfindəyəm, pul yeyənlər tərəfində deyiləm. Mən dünyaya işıq saçan insanlar tərəfindəyəm. Mən nə edirəmsə, təmiz iş görürəm. İşimə, həyatıma siz keyfiyyətsiz adamların bir ömrü dəyməz. Mənim kimdənsə nə qorxacağım, nə də çəkinəcəyim yoxdur. Bu mətni yazdım ki, gec deyil, ayılın və vicdanlı olun, işinizlə düzgün məşğul olun. Ümid edirəm, Azərbaycan incəsənətinə ləkə salanlar bir-bir təmizlənərsiniz. Buna əminəm, geci-tezi var!".
16:00 / 03 Oktyabr 2026
1
15:59 / 03 Oktyabr 2026
6
15:58 / 03 Oktyabr 2026
11
15:54 / 03 Oktyabr 2026
18
14:32 / 03 Oktyabr 2026
489
14:15 / 03 Oktyabr 2026
66
14:10 / 03 Oktyabr 2026
73
13:06 / 03 Oktyabr 2026
93
13:04 / 03 Oktyabr 2026
72
11:50 / 03 Oktyabr 2026
97
11:35 / 03 Oktyabr 2026
68
11:24 / 03 Oktyabr 2026
101
11:19 / 03 Oktyabr 2026
501
11:14 / 03 Oktyabr 2026
68
11:10 / 03 Oktyabr 2026
70
11:07 / 03 Oktyabr 2026
74
10:59 / 03 Oktyabr 2026
75
10:55 / 03 Oktyabr 2026
84
10:50 / 03 Oktyabr 2026
95
10:34 / 03 Oktyabr 2026
105
10:30 / 03 Oktyabr 2026
86
10:26 / 03 Oktyabr 2026
683
10:20 / 03 Oktyabr 2026
457
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.