Qaynar xətt:

(+99450) 247 90 86

Ağır qəza baş verib: Yaralılar var

Ağır qəza baş verib: Yaralılar var

CƏMİYYƏT

244

16.03.2023, 19:53

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Cəlilabad rayonunda dörd avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhərinin H. Əliyev prospektində qeydə alınıb. Belə ki, avtoyuma məntəqəsinin işçisi avtomobil sahibinin etibarından sui-istifadə etməklə "BMW" markalı minik avtomobilini avtoyumadan götürüb. O, avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törədib və nəticədə zəncirvari qəzaya səbəb olub. Qəza zamanı 4 avtomobil toqquşub.
Qəza nəticəsində sürücülərdən biri, Biləsuvar rayon sakini, 1982-ci il təvəllüdlü Bəhruz Quliyev xəsarət alıb. Yaralı rayon xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.