"Cənnətin iqamətgahı" sənədli-musiqili-etnoqrafik filmi təqdim olunub
03 Oktyabr 2026, 21:09
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
226
15.03.2023, 09:38
Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans işinə başlayıb.
Oxu24.com xəbər verir ki, konfrans BMT Baş Assambleyasının 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi elan etməsinin bir illiyi ilə əlaqədar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və G20 Dinlərarası Dialoq Forumunun birgə təşkilatçılığı ilə keçirilir.
31 fərqli ölkədən dünyanın tanınmış ekspert və mütəxəssisləri beynəlxalq konfransa qatılıb.
İki gün davam edəcək konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisinin əksəriyyəti müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır. Xüsusilə konfransda İslamofobiya ilə mübarizədə kəsişən yanaşma, bəzi Avropa ölkələrində islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya mövzularında müzakirələr aparılacaq.
Konfransın bölmə iclasları “İslamofobiya və yeni perspektivlərlə mübarizədə kəsişən yanaşmanın əhəmiyyəti”, “İslamofobiya: Avropa və milli qanunvericilik”, “Fransada islamofobiya”, “Qərb mədəniyyətlərində müsəlmanlar haqqında konspirologiya nəzəriyyələr”, “Müstəmləkəçilik, yeni imperializm və islamofobiya”, “İslamofobiya və mediada nifrət çağırışları”, “İslamofobiya ilə mübarizədə birgə əməkdaşlıq və beynəlxalq təşkilatların rolu”, “Dini müxtəlifliyi və dinlərarası hörməti təşviq etməklə harmonik cəmiyyətlərin qurulması” mövzularını əhatə edəcək.
Hər bölmədə bir neçə məruzəçinin çıxışı gözlənilir.
21:24 / 03 Oktyabr 2026
15
21:09 / 03 Oktyabr 2026
45
20:57 / 03 Oktyabr 2026
45
20:51 / 03 Oktyabr 2026
57
20:38 / 03 Oktyabr 2026
56
20:27 / 03 Oktyabr 2026
310
20:14 / 03 Oktyabr 2026
67
20:03 / 03 Oktyabr 2026
266
19:52 / 03 Oktyabr 2026
179
19:51 / 03 Oktyabr 2026
79
19:46 / 03 Oktyabr 2026
53
19:34 / 03 Oktyabr 2026
56
19:34 / 03 Oktyabr 2026
53
19:25 / 03 Oktyabr 2026
52
19:14 / 03 Oktyabr 2026
55
19:03 / 03 Oktyabr 2026
69
18:51 / 03 Oktyabr 2026
103
18:41 / 03 Oktyabr 2026
60
18:31 / 03 Oktyabr 2026
72
18:25 / 03 Oktyabr 2026
68
18:20 / 03 Oktyabr 2026
77
18:15 / 03 Oktyabr 2026
59
18:02 / 03 Oktyabr 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.