Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84756
az

“Atam təcili əməliyyat olunmalıdır” - Ömürlük məhbusun oğlu

16:1414 Mart, 2023
94
  • A

Qobustan həbsxanasında cəza çəkən ömürlük məhbus Namiq Vəliyevin ailəsi “Qafqazinfo”ya müraciət edib.

Məhbusun oğlu Ruslan Vəliyev atasının bir müddətdir düz bağırsağın hemaroyu xəstəliyindən əziyyət çəkdiyini və səhhətinin ağırlaşdığını bildirib.

O qeyd edib ki, atası Vəliyev Namiq Şamil oğlu Bakı Şəhər Məhkəməsinin 18.07.1997-ci il tarixli hökmü ilə ölüm cəzasına məhkum edilib: “Məhkəmənin 10.02.1998-ci il tarixli qərarı ilə ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib. Hazırda atam cəzasını Qobustan həbsxanasında çəkir və xəstəlikdən əziyyət çəkir. 2 aydır ki, onun düz bağırsağında hemaroy yaranıb və onun vəziyyəti günbəgün pisləşir, ağrılardan dayana bilmir. Dəfələrlə orada müalicə olunsa da, heç bir xeyri olmayıb. Həkimlər bildiriblər ki, hemaroy cərrahi əməliyyatla götürülməlidir”.

Şikayətçi əlavə edib ki, atası dəfələrlə həbsxananın rəhbərliyinə əməliyyat olunması üçün göndərilməsini xahiş edib: “Lakin atamın və bizim xahişlərimizi nəzərə almırlar, onun əməliyyat olunması üçün xəstəxanaya göndərilməsinə razılıq vermirlər, atamın səhhəti hər gün daha da pisləşir və daimi qanaxmaları olur”.

Məsələ ilə bağlı Ədliyyə Nazirliyinə də sorğu ünvanlamışıq.

Qeyd edək ki, Namiq Vəliyev 1996-cı ildə Bakıda ərlə arvadı xüsusi amansızlıqla və tamah məqsədilə öldürməkdə ittiham edilərək məhkum edilib. Belə ki, N.Vəliyev həmin il Şakir Rzaxanov və Şəmsi Salmanovla əlbir olaraq T.Quliyev və həyat yoldaşı, dörd aylıq hamilə olan S.Əliyevanın qətlində iştirak etməkdə ittiham olunub. O, illər əvvəl cəzasının 15 illə əvəz olunması tələbi ilə aclıq aksiyası keçirən 30 məhbusdan biridir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda yolu keçən qadını avtomobil vurub
FHN: Ötən sutka 9 nəfər xilas edilib
Bakıda it dişləyən azyaşlı qızın son VƏZİYYƏTİ

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
13 yaşlı qızı qaçıran 45 yaşlı mühafizəçiyə hökm oxundu