Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84754
az

Ən çox bu ölkələrdən mal alırıq - Siyahı

15:5814 Mart, 2023
124
CƏMİYYƏT
  • A

2023-cü ilin yanvar ayında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 136 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 73 ölkəyə məhsul ixrac olunub, 132 ölkədən idxal edilib.

Dövlət Statistika Komtəsindən (DSK)  verilən məlumata görə, 2023-cü ilin yanvar ayında ölkənin xarici ticarət dövriyyəsi 4591,4 milyon ABŞ dolları təşkil edib.

Ticarət dövriyyəsinin 3178,7 milyon dollarını və ya 69,2 faizini ölkədən ixrac olunmuş məhsulların, 1412,7 milyon dollarını (30,8 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 1766,0 milyon dollar məbləğində müsbət saldo yaranıb.

2022-ci ilin yanvar ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 15,6 faiz, real ifadədə 3,9 faiz, o cümlədən idxal 18,7 faiz artmış, ixrac isə 1,0 faiz azalıb. 2023-cü ilin yanvar ayında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni ayı ilə müqayisədə faktiki qiymətlərlə 22,5 faiz, real ifadədə 19,8 faiz artaraq 284,5 milyon dollar təşkil edib.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 19,8 faizi İtaliya, 12,2 faizi Türkiyə, 10,2 faizi Rusiya, 7,2 faizi İsrail, 5,8 faizi Çin, 5,7 faizi Fransa, 4,9 faizi Almaniya, 3,3 faizi Hindistan, 2,8 faizi Vyetnam, 2,7 faizi Çexiya, 2,1 faizi Gürcüstan, 2,0 faizi Türkmənistan, hər biri 1,8 faiz olmaqla Rumıniya və Avstriya, hər biri 1,7 faiz olmaqla İrlandiya və Yunanıstan, 1,5 faizi Qazaxıstan, hər biri 1,3 faiz olmaqla ABŞ və İran, 10,2 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.
İxracın 32,2 faizini İtaliyaya, 12,6 faizini İsrailə, 11,7 faizini Türkiyəyə, 5,1 faizini Almaniyaya, 4,6 faizini Hindistana, 4,5 faizini Vyetnama, 4,3 faizini Çexiyaya, 3,6 faizini Rusiyaya, 3,4 faizini Gürcüstana, hər biri 3,0 faiz olmaqla Rumıniya və İrlandiyaya, 2,9 faizini Yunanıstana, 2,8 faizini Avstriyaya, hər biri 1,0 faiz olmaqla Liviya və İspaniyaya, 0,7 faizini Ukraynaya, 3,6 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir. Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə (37,5 faiz), Rusiyaya (23,9 faiz), Gürcüstana (8,6 faiz), Ukraynaya (4,6 faiz), İsveçrəyə (2,6 faiz), Qazaxıstana (2,4 faiz), Kiprə (1,6 faiz), Türkmənistana (1,5 faiz), Rumıniyaya (1,5 faiz), Niderlanda (1,4 faiz), Almaniyaya (1,2 faiz), İrana (1,1 faiz), Özbəkistana (1,1 faiz), İtaliyaya (1,0 faiz), İspaniyaya (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir. Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 19,0 faizi Rusiya, 13,1 faizi Fransa, hər biri 12,9 faiz olmaqla Çin və Türkiyə, 4,6 faizi Almaniya, 4,4 faizi Türkmənistan, 3,4 faizi İtaliya, 3,0 faizi ABŞ, 2,9 faizi Qazaxıstan, 2,7 faizi İran, 1,8 faizi Koreya, 1,6 faizi Ukrayna, 1,5 faizi Hindistan, hər biri 1,4 faiz olmaqla Belarus və Yaponiya, 1,3 faizi Birləşmiş Krallıq, 12,1 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2023-cü ilin yanvar ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə mühüm məhsul növlərindən şəkər ixracı 2,3 dəfə, meyvə və tərəvəz şirələri – 67,2 faiz, meyvə və tərəvəz konservləri – 2,6 dəfə, çay – 95,6 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 2,6 dəfə, marqarin, qida üçün yararlı digər qarışıqlar – 2,1 dəfə, polipropilen – 74,0 faiz, emal olunmamış alüminium – 21,8 faiz, mineral gübrələr – 29,8 faiz, sement klinkerləri – 16,7 faiz artıb, təzə meyvə ixracı isə 6,3 faiz, təzə tərəvəz – 6,0 faiz, tütün – 70,8 faiz, kartof – 41,7 faiz, bitki yağları – 77,5 faiz, pambıq lifi – 17,7 faiz, polietilen – 3,4 faiz, qara metallardan borular – 12,4 faiz, pambıq ipliyi – 29,5 faiz, bentonit gili – 41,2 faiz, qara metallardan çubuqlar – 81,2 faiz azalmışdır. 2022-ci ilin yanvar ayı ilə müqayisədə 2023-cü ilin yanvar ayında buğda idxalı 52,2 faiz, şokolad və şokolad məhsulları – 37,8 faiz, unlu qənnadı məmulatları – 8,3 faiz, çay – 31,6 faiz, minik avtomobilləri – 23,5 faiz, polad prokatı – 86,9 faiz, qara metallardan borular – 20,0 faiz, sintetik yuyucu vasitələr – 28,5 faiz, qara metallardan çubuqlar – 69,2 faiz, polietilen – 40,6 faiz, yük avtomobilləri – 2,7 faiz, mineral gübrələr – 30,2 faiz, paltaryuyan maşınlar – 2,4 dəfə, sement – 26,2 faiz artmış, təzə meyvə idxalı isə 4,0 faiz, bitki yağları – 55,0 faiz, kərə yağı, digər süd yağları və pastaları – 19,1 faiz, kartof – 26,5 faiz, quş əti və onun əlavə məhsulları – 22,1 faiz, təzə tərəvəz – 30,2 faiz, mal əti – 7,2 faiz, siqaretlər – 18,7 faiz, xam şəkər – 99,8 faiz, dərman vasitələri – 15,7 faiz, hesablama maşınları, blok və qurğuları – 44,4 faiz, rezin şinlər – 4,3 faiz, mebellər – 15,1 faiz, qara metallardan künclüklər – 18,0 faiz, polipropilen – 23,6 faiz, məişət kondisionerləri – 26,1 faiz, avtobuslar – 63,6 faiz, məişət soyuducuları – 50,8 faiz azalıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Avtomobilində 128 min manat aparan şəxsi yolda soydular - DETALLAR
Qaxda qar yağır- Faktiki hava
Qrant müsabiqəsi çərçivəsində özəl bağçalara qeydiyyat      yenidən     başladı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Şirkət maşınına basqın edib 127 min apardılar- Polis yaxaladı - Video