Qaynar xətt:

(+99450) 247 90 86

Göyçayda qanunsuz dini yığıncaqlar təşkil edən qadın cərimələnib

Göyçayda qanunsuz dini yığıncaqlar təşkil edən qadın cərimələnib

CƏMİYYƏT

298

14.03.2023, 12:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Göyçayda qanunsuz dini yığıncaqlar təşkil edən qadın cərimələnib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu24.com-un sorğuya cavab olaraq bildirilib. Qeyd edilib ki, Samirə Cəfərova Göyçay Rayon Polis Şöbəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər zamanı saxlanılıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci (dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin, eləcə də keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə) maddəsi ilə protokol tərtib edilib və hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə S.Cəfərova 2 min manat cərimə olunub.